Bu ilin yazında Amerika Birləşmiş Ştatlarında nümayiş olunan Volkswagen Atlas Cross Sport konseptinin seriya variantı gələn ilin yanvarında işinə başlayacaq Detroyt avtosalonunda debüt edəcəkdir. Beşyerli salona və kupeşəkilli profilə sahib olmuş seriya avtomobilinin fotoşəkilləri Çində peyda olub. Yerli sertifikatlaşdırma idarəsi krossoverin təsvirlərinin KİV-lərə sızamasına səbəb olub. Yerli mətbuat modeli şərti olaraq Volkswagen Teramont Coupe adlandırıblar.

Yeni krossover adi Teramont modelindən nəinki kuzov forması, hətta ön və arxa hissələrin dizaynı ilə fərqlənir. Ön tərəfdə kiçildilmiş ön fənərləri, başqa formalı radiator barmaqlığını və iri barmaqlığa malik olan ön bamperi görmək olar. Arxa tərəf isə tamamilə yenidən işlənmiş və yeddi yerli krossoverlər ümumi detallara malik deyildir.

Artıq, yeni modelin ölçüləri də məlumdur: kupeşəkilli variant adi Teramont modelindən 131 millimetr qısa və 50 millimetr alçaqdır. Beləliklə, Teramont Coupe 4905 millimetrlik uzunluğa, 1989 millimetrlik enə, 1719 millimetrlik hündürlüyə və 2980 millimetrlik təkər bazasına sahib olacaqdır.

İlkin məlumata görə, çin bazarında satılacaq Teramont Coupe 186 və 220 at qüvvəsi hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik, həmçinin 299 at qüvvəli 2,5-litrlik V6 turbomühərriki ilə təchiz ediləcəkdir. Bütün aqreqatlar DSG “robotu” ilə təchiz ediləcəkdirlər. ABŞ bazarında krossover VR6 atmosfer mühərriki və klassik “avtomat” ilə təklif olunacaqdır.

Mənbə: Autoreview