Volkswagen Tiguan krossoveri Urban Sport adlı yeni xüsusi versiyaya sahib olub. Xüsusi versiyadan olan krossoverlər Avropa və Rusiya bazarı üçün nəzərdə tutulublar. Ən maraqlısı odur ki, bu bazarlar üçün nəzərdə tutulan krossoverlər bənzər təchizata malik olsalar da, tamamilə fərqli mühərrik çeşidi ilə təklif ediləcəkdirlər.

Avropada Volkswagen Tiguan Urban Sport modeli 130 at qüvvəli 1,5-litrlik TSI turbomühərriki və 122 at qüvvəli 2,0-litrlik TDI turbodizeli, Rusiyada isə, 150 at qüvvəli 1,4-litrlik və 180 at qüvvəli 2,0-litrlik TSI turbomühərrikləri ilə sifariş etmək olar. Bizim bazarda məhz ikinci, Rusiya spesifikasiyasında olan krossoverlər satılacaqdır.

Urban Sport versiyasının seçilən cəhətləri kuzovun qara tərtibatı (güzgü gövdələri, bamperdəki işləmələri, yan şüşələrin haşiyələri, damdakı reylinqlər), xrom zolaqları olan radiator barmaqlığı, beşinci qapıdakı böyüdülmüş spoyler və qara rəngli 18-düymlük Sebring təkər diskləridir.

Bundan başqa, krossoverin təchizatına versiyanın adını asfalt səthinə proyeksiya edən qapı işıqlandırması da təklif olunur. Əlavə ödəniş qarşılığında, R-Line versiyasında olduğu kimi, ağ, qırmızı, boz və gümüşü kuzov ilə qara damın birləşməsini sifariş etmək olar.

Salonda qırmızı tikişləri olan parça və süni dəri ilə üzlənmiş oturacaqlar, qapılardakı süni dəridən işləmələr və pedalların mütal örtüyünü vardır. Təchizat səviyyəsinə görə, Urban Sport modeli “orta” Status təchizatına əsaslanır .

Belə versiyanın avadanlıq siyahısına üçzonalı Air Care Climatronic iqlimə nəzarət sistemi, 8,0-düymlük ekranı və naviqasiyası olan Discover Media mediasistemi, yuyucusu olan arxa görüntü kamerası, hərəkət rejimlərinin selektoru və Premium cihazlar paneli daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, modelin təchizatına 30 rəngdən seçim təklif edən kontur işıqlandırması əlavə edilib. Belə işıqlandırma adətən bahalı versiyalarda tətbiq edilir.

Yeni versiyanın yeganə  texniki xüsusiyyəti R-Line versiyasından götürülmüş dəyişən ötürmə nisbəti olan sükan mexanizmidir. Tiguan Urban Sport modeli yalnız tam ötürməs sistemi ilə təklif olunur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.