Volkswagen şirkəti Rusiya (oxu –Azərbaycan) bazarı üçün nəzərdə tutulmuş yeni Polo liftbekinin rəsmi şəkillərini dərc edərək, model barədə müəyyən məlumat verib. Yeni Polo modelinin dörd təchizat səviyyəsində təklif ediləcəyi artıq məlumdur: Origin, Respect, Status və Exclusive.

Origin və Respect təchizat səviyyəsinə malik olan avtomobillər dəmir disklər, digər iki üst versiya isə 15 və 16-düymlük yüngül lehimli yəkər diskləri ilə təklif ediləcəkdirlər. Üst versiyanı radiator barmaqlığı, arxa diffuzor və şüşələrin haşiyəsindəki xrom elementlər sayəsində tanımaq olar.

Təchizat səviyyələri ön panel, mərkəzi konsol və qapılardakı dekor elementləri ilə seçiləcəkdirlər. Status səviyyəsindən başlayaraq liftbek qızdırılan və dəri ilə üzlənmiş multifunksional sükana malik olacaqdır. Exclusive variant üçün ön tərəfdəki sərnişinlərin ayaq zonasının atmosfer işqılandırılması nəzərdə tutulub.

Bütün təchizat səviyyələri 6,5 və ya 8,25 düymlük sensorlu displeyi olan və App-Connect tətbiqini dəstəkləyən məlumat-əyləc kompleksi ilə təchiz ediləcəkdirlər. Baza variantın səs sistemi dörd dinamika, Exsclusive variantının isə altı dinamika malik olacaqdır. Top versiyasının standart təchizatına 10,25-düymlük virtual cihazlar paneli, ön və arxa parkinq sensorları, işqı və yağış sensorları, arxa görüntü kamerası və klimat-kontrol daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni modelin mühərrik çeşidi dəyişməyib. Polo əvvəlki kimi 90 və ya 110 at qüvvəli 1,6-litrlik atmosfer mühərriki və ya 125 at qüvvəli 1,4-litrlik turbomühərrik ilə təklif ediləcəkdir. Atmosfer mühərrikləri mexaniki qutu və ya 6-pilləli Aisin «avtomatı», turbomühərrik isə 7-pilləli DSG «robotu» ilə təchiz ediləcəkdir.

Yeni Volkswagen Polo modelinin Rusiyadakı satışlarına yay aylarında start veriləcəkdir. Çox güman ki, modelin Azərbaycandakı satışlarına da həmin vaxt başlanacaqdır.