Volvo şirkəti yeni dizel mühərriklərinin hazırlanmasından imtina etmişdir. Bu barədə məlumatı isveç markasının rəhbəri Hakan Samuelssona istinadən Frankfurter Allgemeine Zeitung nəşri yaymışdır.

Bunun əsas səbəbi mühərriklərin müasir normalara uyğunlaşdırılmasının baha başa gəldiyi göstərilmişdir. Müasir tələblərə əsasən 201-ci ildə CO2 tullantılarıın ortalama həcmi bir kilometrə 130 qramdan 95 qrama qədər azaldılmalıdır. Hal-hazırda Volvo tərəfindən Avropada satılmış avtomobillərin 90 faizini dizel mühərriki ilə təchiz edilmiş modellər təşkil edir. Avropa İttifaqında istismar edilən yeni dizel avtomobillərinin həcmi, ümumi avtoparkın  50 faizinə bərabərdir.  

Samuelssonun sözlərinə görə istehsalçı bu gün konveyerdən çıxan modellərə quraşdırılan və Drive-E ailəsindən olan mühərriklərin təkmilləşdirilməsinə davam edəcəkdir. Lakin, 2023-cü ilə bu mühərriklər konveyerdən çıxarılaraq elektrik və ya hibrid güc qurğuları ilə əvəz ediləcəkdir.

Volvo şirkətinin yaxın vaxtlarda təqdim edəcəyi yeni modellərdən biri 2019-cu ildə işıq üzü görəcək elektromobildir.

Bu elektromobil üçün ayrıca Modular Electrification Platform (MEP) platforması yaradılacaqdır. Bu platforma 100 kilovat-saatlıq tutumu olan batareyaların və 100 - 450 kilovat gücü olan mühərriklərin quraşdırılmasına imkan yaradacaqdır.