Volvo şirkəti 2000-2009-cu illər arasında buraxılmış 460.769 avtomobili əhatə edən genişmiqyaslı geri çağırma kampaniyasına başlayacağını bildirib. İsveçin AutoLiv və Almaniyanın ZF şirkətlərinin hava yastıqları ilə təchiz olunmuş S60 və S80 sedanları geri çağrılacaqdırlar. Mütəxəssislərin bildirdiyinə görə, qoruyucu sistemlərin ştatdankənar işə düşməsi sürücü və sərnişinlərin ölüm halları da daxil olmaqla, ciddi yaralanmalarına gətirib çıxara bilər.

2000-2009-cu illər arasında buraxılmış Volvo S60 və S80 sedanları əsasən iki şirkətin təhlükəsizlik yastıqları ilə təchiz olunublarr: İsveçin AutoLiv və Almaniyanın ZF. Volvo mütəxəssislərinin bildirdiyinə görə, yüksək rütubət şəraitində bu komponentlər zaman keçdikcə dağılmağa başlayırlar və alovlandırıcının işinə təsir edə biləcək incə toz hissəcikləri əmələ gətirirlər. Tullama mexanizminin işə düşməsi zamanı toz hissəcikləri alovlana və bununla da yastıqdakı təzyiqi artıra bilər.

Belə hal metal elementlərin parçalanmasına səbəb ola bilər ki, metal qırıntıları avtomobildəki insanlara ciddi xəsarət yetirə və hətta ölümə səbəb ola bilərlər. Volvo nümayəndəsi, ölümcül nəticəyə səbəb olan hava yastığının səhv açılmasının artıq qeydə alındığını bildirib.

Dünya üzrə 460.769 avtomobili əhatə edən geriçağırma kampaniyasına 2021-ci ilin noyabr ayında start veriləcəkdir. Servis kampaniyasında iştirak edəcək nəqliyyat vasitələrinin yarıdan çoxu ABŞ-da satılıb. Volvo şirkətinin genişmiqyaslı geri çağırma kampaniyasının başqa hansı ölkələrə şamil ediləcəyi və onların arasında Azərbaycanın olub-olmadığı hələlik məlum deyil.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.