Bu gündən Volvo şirkəti avtomobillərini Recharge indeksi ilə işarələməyə başlayıb. Bu adla, hibridlər də daxil olmaqla, Volvo markasından olan bütün elektrikləşmiş modellər işarələnəcəkdirlər. İsveç istehsalçısı artıq hibrid avtomobilləri təklif edir, bu gündən başlayaraq isə elektrokar da satacaqdır.

Volvo markasının ilk elektrokarı XC40 P8 AWD Recharge krossoveri olub. Uzun adlı elektrokar CMA modul platformasında inşa edilib. Bu platforma yaradılan zaman, onun üzərində hibrid və elektrik avtomobillərinin buraxılacağı hesaba alınıb. İlk dəfə bu platformanı istifadə edən Polestar 2 modeli olub. Qeyd etmək lazımdır ki, elə Polestar 2 modelinin texniki hissəsi də kiçik dəyişikliklərlə Volvo XC40 modelinə qismət olub.

Beləliklə, yığcam krossoverin Recharge versiyası ümumi hasilatı 408 at qüvvəli və 660 Nm olan iki elektrik mühərrikinə (ön və arxa oxda quraşdırılan) sahib olub. Elektromotorları qidalandıran batareya döşəmənin altında quraşdırılıb və kuzovun güc strukturuna inteqrasiya edilib. Batareya 78 kVs tutuma malikdir ki, bu da elektrokara WLTP dövründə 400 kilometrdən artıq məsafə qət eyməyə imkan verir. Batareyanın 80 faizini “yeyin” terminaldan doldurmaq üçün 40 dəqiqə vaxt tələb olunur.

Elektrik krossoveri 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir və 180 km/saatlıq maksimal sürət həddinə malikdir. Məlum məsələdir ki, elektrokarın baqaj həcmi DYM ilə təchiz edilmiş qardaşlarından azdır – 460-a qarşı 413 litr. Lakin, ön tərəfdə də baqaj bölümü vardır və burada yükləmə kabeli ilə yanaşı xırda əşyaları yerləşdirmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Zahiri cəhətdən elektrokarı radiator panelini əvəzləmiş bağlı panel və dəyişdirilmiş dizayna malik olan bamperlər sayəsində tanımaq olar. Salondakı fərq isə Android Automotive OS əməliyyat sistemi ilə işləyən multimedia kompleksindən ibarətdir.

Elektrokarın Avropa bazarındakı satışlarına 2020-cilin əvvəlində başlanmalıdır. Volvo şirkəti hər il model çeşidinə bir elektrokarı daxil etməyə spz verib. Plana görə 2025-ci ildə markanın satışlarının yarısını elektrokarlar, digər yarısını isə hibridlər təşkil etməlidir. 2040-cı ildə Volvo tamamailə elektrokarların istehsalına keçməyi planlaşdırır.