Artıq xəbər verdiyimiz kimi, Volkswagen markasının ən iri krossoveri olan Atlas modeli iki ay bundan öncə plan üzrə yenilənib. O zaman, alman istehsalçısı yenilənmiş krossoverin R-Line "idman" versiyasını model xəttinə daxil edəcəyinə söz vermişdi. Bu gün istehsalçı vəd etdiyi kimi,Volkswagen Atlas R-Line modelini rəsmi olaraq təqdim edib.

R-Line versiyası, ilk növbədə, ön bamperin daha aqressiv dizaynı ilə seçilir. Arxa bamperin aşağı hissəsi və kandarlar kuzovla eyni rəngə boyanmış, buraxılış sistemin yalançı çıxış borularının forması dəyişdirilmişdir, Bundan başqa, krossover diametri 20 və ya 21 düym olan orijinal təkər diskləri ilə də təchiz edilir. Xatırladaq ki,"adi" Atlas modelində18 və ya 20 düymlük disklər təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salondakı fərqlə daha azdır. Salonda polad pedalları, perforasiya edilmiş dəri ilə örtülmüş sükan çarxını, virtual cihazlar panelinin fərqli qrafikasını və xırda dekoru görmək olar. Şassi və ya güc qurğularında dəyişikliklər ümumiyyətlə nəzərdə tutlmayıb. Bununla birlikdə, R-Line versiyası yalnız 280 at qüvvəli 3,6-litrlik VR6 atmosfer mühərriki və 8-pilləli avtomatik transmissiya ilə təklif ediləcəkdir.

ABŞ-da Volkswagen Atlas R-Line modelinə sifarişlər artıq qəbul edilir. Modelin qiyməti 39.700 dollardan başlayır.