Volkswagen şirkəti ID ailəsinin ilk seriya elektromobilini təqdim etməsə də, ona sifarişləri qəbul etməyə başlayıb. Bununla yanaşı, alman istehsalçısı elektrokar haqqında müəyyən məlumatlarla da bölüşüb.

Beləliklə, seriya modeli Volkswagen ID.3adlanır. “3” rəqəmi ID ailəsinin alman markasının tarixində üçüncü əsaslı fəslin açıldığından, həmçinin elektokarın avropa klassifikasiyasına əsasən üçüncü C seqmentinə aid olduğundan xəbər verir. ID hərfləri isə almanlar Intelligent Design və Identity kimi açıqlamağı təklif edirlər.

Xatırladaq ki, VW ID.3 modeli elektrokarlar üçün yaradılmış MEB modul platformasında inşa edilib. Arxa oxda elektrik mühərrikinin yerləşdirilməsini nəzərdə tutan arxitektura elektrokarı indiki Golf modelindən yığcam etməyə imkan verib. 4,1 metrlik uzunluğa malik olan ID.3 modelinin təkərlərinin kuzovun künclərində yerləşdirilməsi sayəsində, onun salon genişliyi Passat modelinin səviyyəsində olmalıdır. Arxa çəkişli olmanın digər bir üstünlüyü isə ön təkərlərin geniş dönmə bucağına malik olmasıdır. Bunun sayəsində avtomobilin geridönmə diametri Golf modelindən 1 metr azdır.

VW ID.3 modeli 170 at qüvvəli elektromotor və üç növ tutuma (48,55 və 62 kilovat-saat) malik olan batareya ilə təchiz ediləcəkdir. Batareyalar, müvafiq olaraq, WLTP dövründə 330, 420 və 550 kilometrlik yürüşü təmin edəcəkdirlər. Əlavə ödənişlə 125 kilovatlıq “yeyin” elektrik yükləmə qurğusunu sifariş etmək olar.

Bu günə Avropanın 29 ölkəsində elektrokara sifarişlər qəbul edilir. Sifarişlər 420 kilometrlik yürüyüşü təmin edən batareyaya malik olan xüsusi ID.3 1ST veriyasına qəbul edilir. Alıcılar dörd kuzov rəngindən, üç təchizat səviyyəsindən birini seçə bilərlər. Qeyd etmək lazımdır ki, hər üç təchizat səviyyəsi naviqatoru olan mediasistem ilə təklif edilir. “Başlanğıc” versiyasının tirajı 30 min nüsxədən ibarətdir. ZDəqiq qiymətlər elan olunmasa da, onun 40 min avrodan başlanacağı söylənilir. Bu qiymətə Ionity stansiyalarından və We Charge onlayn terminallarından 2000 kilovat-saatlıq enerji yüklənməsi də daxildir.

Elektromobilə sifarişin rəsmiləşdirilməsi üçün 1000 avro depozit tələb edilir. Sifarişin təsdiqinə və tamölçülü sifarişin qəbuluna 2020-ci ilin aprelində başlanacaqdır. Bu müddət ərzində sifarişçilər heç bir itki olmadan depozitlərini geri götürə bilərlər. 30 min avrodan başlayan qiyməti olan adi elektrokarlara sifarişlər isə, modelin payızda keçiriləcək Frankfurt avtosalonundakı debütündən sonra başlanacaqdır.

Elektrik hetçbeklərin istehsalına bu ilin noyabr ayında Tsvikkaudakı zavodda başlanacaqdır. Söhbət əlbəttə ki, pilot partiyasından gedir. Tamölçülü istehsala daha sonra başlanacaqdır. İlk əmtəə avtomobilləri sifarişçilərə 2020-ci ilin ortalarında çatdırılacaqdır.

Sonradan hetçbekə iki krossover, miniven və iri sedan da qoşulacaqdır. Hər bir model özünə məxsus rəqəmə malik olacaqdır.