Volkswagen şirkəti Brand Annual Session tədbirində səkkizinci nəsil Golf hetçbekinin eskizini nümayiş etdirib. İlkin məlumata görə, yeni model gələn ilin yayında debüt etməlidir. Yeni hetçbek hibrid qurğusuna və Touareg modelinin üslubunda dizayn edilmiş ön hissəyə sahib olacaqdır.

Yeni Golf modelinin qabaritləri artsa da, model sələfinin platformasını qoruyub saxlayacaqdır. Mühərrik çeşidi də dəyişilməz qalacaqdır, lakin hibrid qurğu sayəsində genişlənmiş olacaqdır. İstehsalçı yeni Golf modelinin inqilabi interyerə malik olacağını vəd edir. Almanlar avtomobilin  interyerində yeganə analoq cihazının sükan çarxının olacağını xüsusi ilə vurğulayıblar. Hetçbek Şəbəkəyə qoşulacaq, onun virtual cihazlar paneli və təhlükəsizlik sistemləri kompleksi isə “etalon” sayılacaqdır.

Image alt Image alt Image alt Image alt

Alman istehsalçısı yeni modelin hazırlanmasına 1,8 milyard avro xərcləyəcəyini bildirib. İlk avtomobillərin istehsalına 2019-cu ilin iyununda alman markasının Volfsburqdakı zavodunda başlanacaqdır. Model 108 ölkədə satılacaqdır. VW Golf ənənəvi olaraq Azərbaycan bazarında satılmır. Bunun əsas səbəbi modelin qiymətinin yüksək və ona olan tələbatın çox cüzi olmasıdır.  

Mənbə: Auto Express