Liberty Media rəsmi olaraq Formula 1 çempionatının tarixində olan ilk Vyetnam Qran Prisinin 2020-ci ilin aprelində keçiriləcəyini təsdiq edib. Yarış Xanoy şəhərinin küçələrində salınmış yarış trekində keçiriləcəkdir.

Qeyd etmək lazımdır ki, Liberty Media yarışın promouterləri ilə çoxillik müqavilə imzalayıblar. Vyetnam Qran Prisi Formula 1 çempionatının Liberty Media şirkətinin nəzarətinə keçməsindən sonra yarışların təqviminə əlavə edilən ilk Qran Pri olub.

Image alt Image alt Image alt Image alt Image alt