Dünən axşam Williams komandası 2018-ci ildə Formula 1 çempionatında yarışacağı FW41 avtomobilini Londonda təqdim edib. Təqdimat öncəsi Qrouv komandası avtomobilin kompyüter şəkillərini dərc edib.

Böyük ehtimalla, əsil avtomobil bir həftədən sonra Barselonada keçiriləcək testlərdə nümayiş etdiriləcəkdir. FW41 avtomobili britaniya komandasının texniki direktoru Pəddi Lounun rəhbərliyi altında yaradılan ilk avtomobil olub. Lou keçən il Mercedes komandasından Williams komandasına keçmişdir.

«Hər kəsə FW41-in necə göründüyünü göstərmək çox maraqlıdır, - Lou bildirib. Avtomobilin çoxlu maraqlı xüsusiyyətləri vardır ki, onların da əksər hissəsi gözlə görünmür. Lakin, komanda aerodinamika konsepsiyasını yeniləyib ki, bu da bizə aerodinamikanın effektivliyini müəyyən dərəcədə artırmaq imkanı verib.

Hər bir F1 avtomobili əvvəlki avtomobilin inkişafıdır. Lakin FW41 avtomobili əvvəllər işlədiyimiz istiqamətdən çoxsaylı yayınmalara malikdir. Bu avtomobilin bizə uğur gətirəcəyinə ümid edirik». 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dərc edilmiş fotoşəkillərdən də göründüyü kimi, FW41 sürücünün başını müdafiə edən Halo sistemi ilə təchiz edilib və keçən ilki avtomobillərin elementlərindən biri olan "köpək balığı üzgəcindən" məhrum olub. Yeni mövsümdə Qrouv kollektivinin rənglərini kanadalı Lens Stroll və rusiyalı gənc pilot Sergey Sirotkin müdafiə edəcəkdirlər.

Polşalı Robert Kubitsa isə Williams komandasının ehtiyat pilotudur.  SMP Racing komandasının pilotlar proqramının iştirakçısı olan Sergey 2015-ci ildə debüt etdiyi GP2 seriyasında yekunda üçüncü yeri tutub. Bir il sonra Sergey Renault Motorsport ilə müqavilə imzayalaraq fransız komandasının test sürücüsü kimi fəliyyətə başlayıb.