Toyota Gazoo rəhbəri Tommi Myakinen komandanın M-Sport pilotu Ott Tyanakı bu komandanın digər pilotu Sebastyen Ojyedən üstün tutduğunu bildirib.

Ojyenin 2016-cı ildə Yaris WRC avtomobilini sınaqdan çıxartdığına  baxmayaraq, o Toyota komandasındakı yerə namizəd olmayıb. Yaponlar Sebastyen Ojyedən dörd yaş kiçik olan Tyanakı seçməyə üstünlük veriblər.

«Bilirəm ki, Ottun aktivində böyük qələbələr yoxdur. Bu fakt onu qələbələr qazanmağa təhrik edəcəkdir, - Autosport Myakinen sözlərini dərc edib. - Ona görə də Toyota komandasının fəlsəfəsi yeni və gənc pilotların cəlb edilməsidir. 

Əlbəttə, Ojye hələ də güclüdür və onun bir neçə illik ehtiyatı da mövcuddur. Sebastyen Ottdan daha çox nailiyyətləri olan pilotdur, lakin biz bu məsələdə Yaponiyanın rəyini nəzərdə almalıyıq. Mən gələn il üçün pilot heyətindən çox razıyam».