Monte-Karlo rallisinin başlanmasına iki həftə qalmış dünya ralli çempionatında (DRÇ) iştirakçısı olan dörd avtoistehsalçı 2018-ci il mövsümündə çıxış edəcək avtomobillərinin livreyasını nümayiş etdirib.

Təqdimat, 45-ci yubiley çempionatında iştirak edəcək bütün pilot və şturmanların təşrif buyurduğu Autosport International Show sərgisinin çərçivəsində keçirilib.  

Ən maraqlı yenilik M-Sport Ford komandasında baş verib. Artıq Ford yrış avtomobillərinin hamısı Red Bull loqotipi ilə çıxış edəcəkdirlər. Əvvəllər bu şərəf yalnız Ojyenin döyüş avtomobilinə məxsus idi.

Hyundai avtomobilinin livreyasında baş verən dəyişiklik daha çox qırmızı rəngin tətbiq edilməsi ilə yadda qalıb. Citroen və Toyota komandaları isə döyüş rənglərində dəyişiklik etməyiblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt