M-Sport Ford komandası yeni mövsümdə keçirilən iki mərhələdə çıxış edəcək üçüncü pilotun adını açıqlayıb.

Yanvarın sonunda keçiriləcək və başlanğıc mərhələ olan Monte-Karlo rallisində, həmçinin apreül ayında keçiriləcək Fransa rallisində britaniya kollektivi iki Ford Fiesta WRC avtomobilinə əlavə olaraq, Brian Bufyenin çıxış edəcəyi üçüncü avtomobili yarışa çıxaracaqdır. Fransız yarışçı həmyerlisi Sebastyen Ojye və uelsli Elfin Evansa yoldaşlıq edəcəkdir.

“Brian Monte-Karlo və Korsikada böyük yarış təcrübəsinə malikdir, - M-Sport komandasının rəhbəri Malkolm Uilson bildirib. – Tqəvimdə olan bu iki unikal mərhələdə uğur qazanmaq hava şəraitindən və təkər seçimindən asılıdır. Bufyenin təcrübəsi sayəsində çempionluq titulunun müdafiəsi yolunda daha bir “tuza” malik olacağıq”.