Hyundai komandası 2018-ci il mövsümündə Heyden Paddon və Dani Sordonun öz aralarında üçüncü Hyundai i20 Coupe WRC avtomobilini paylaşacaqlarını təsdiq edib.

2018-ci il mövsümünda Cənubi Koreya istehsalçısını dörd pilot təmsil edəcəkdir: Tyerri Nevill, Andreas Mikkelsen, Heyfen Paddon və Danni Sordo. Nevill və Mikkelsen tam mövsümü keçirsələr də, Paddon və Sordo üçüncü avtomobili bölüşmək məcburiyyətindədirlər.

Artıq məlumdur ki, Monte-Karloda keçiriləcək mərhələdə koreya markasının rənglərini Danni Sordo yeni şturmanı Karlos del Barrio ilə birlikdə müdafiə edəcəkdirlər. İsveç rallisində isə, onlar çıxış etdikləri avtomobili Paddon və onun şturmanı Sebastyan Marşalla verməli olacaqdırlar.