İki illik fasilədən sonra Citroen komandasına qayıdan Mads Ostberq qarlı trassalarda yarış təcrübəsinin ona qarşıdan gələn İsveç rallisində kömək edəcəyini bildirib.

Norveçli fransız komandasının üçüncü avtomobilinin sükanı arxasına oturacaqdır və Kris Mik ilə Kreq Brinə yoldaşlıq edəcəkdir. «İsveç Rallisi mənim üçün xüsusi mərhələdir, - Mads WRC saytına müsahibəsində bildirib. - Mən hər zaman burada yeyin olmuşam, öna görə də böyük məmnuniyyətlə komandaya qoşularaq yardım etməyə çalışacağam. Ümid edirəm ki, C3 WRC avtomobilinə uyğunlaşmam vaxt tələb etməyəcəkdir.

İstənilən halda mən yarışmağa hazıram - bu yaxınlarda Norveçdə iki qarlı rallidə iştirak etmişəm və onların birində qalıb gəlmişəm».