Tyerri Nyövil İsveç Rallisinin şeykdaununda liderlik edib

Hyundai komandasının belçikalı pilotu Tyerri Nyövil Dünya ralli çempionatının ikinci mərhələsi olan İsveç Rallisinin şeykdaununda ən sürətli zamana imza atıb.

Belçikalı 6,86 kilometrlik test dopunu hər kəsdən yeyin qət edib və Citroen komandası tərəfindən təqvimdəki yeganə qış mərhələsinə dəvət edilmiş Mads Ostberqi 0,3 saniyə üstələyib. “Mən avtomobilin sürətindən əminəm. Keçən il biz burada səhv buraxana qədər liderlik edirdik, - Nyövil öz çıxışını şərh edib. – İrəlidə bizi maraqlı həftəsonu gözləyir. Mübarizə çox sıx olacaqdır”.

Üçüncü nəticəni Toyota komandasının yeni pilotu Ott Tyanak göstərib.

Çempionatın ilk mərhələsi olan Monte-Karlo Rallisinin qalibi Sebastyen Ojye beşinci olub. O Andreas Mikkelseni irəli buraxaraq liderdən 2,1 saniyə geridə qalıb.

 

ДРУГИЕ СТАТЬИ