Lotus şirkətinin sabiq rəhbəri Deni Baharın başçılıq etdiyi Ares Design şirkəti Project Panther kupesinin seriyaöncəsi prototipini nümayiş etdirib. Lamborghini Huracan modelinin aqreqatlarında inşa edilən superkar 21 nüsxəlik tirajla buraxılacaqdır. Avtomobillərinin hər birinin qiyməti ən azı 515 min avro təşkil edəcəkdir.

Yeni superkarın əsasını Lamborghini Huracan superkarının alüminium və karbondan hazırlanmış şassisi təşkil edəcəkdir. Sportkar 650 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən 5,6-litrlik V10 atmosfer mühərriki və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Avtomobilin əsasını Huracan modeli təşkil etsə də, De Tomaso Pantera modelinin müasir təsfiri özünəməxsus eksteryerə və interyerə sahib olacaqdır. Superkarın təchizatına işıqdiodlarından gündüz hərəkət işıqları, qalxan fənərlər, kiçik radiator barmaqlığı və karbondan hazırlanmış kapot daxildir.

Yeni modelin salonun arxitekturası klassik Pantera modelindəkinə bənzər yaradılıb. Avtomobilin interyerinin tərtibatında karbon, yüksək kefiyyətli dəridən və alkantaradan istifadə edilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt