Ford şirkətinin Avropa bölməsi söz verdiyi kimi, “bərkgedən “ Puma ST krossoverinin “ümumxalq” versiyasının yaradılması layihəsini başa çatdırıb. Krossoverin eksteryer və interyer tərtibatını, habelə seriyanın adını müəyyən edən səsvermədə 275 min insan iştirak edirb. Qalib gələn dizayn şəkillərdə nümayiş olunur. Seriyanın adı isə Ford Puma ST Gold Edition təyin edilib. Xüsusi seriyadan olan krossoverlərin çatdırılmasına ilin sonuna qədər başlanmalıdır.

Xalq səsverməsinin nəticəsində Puma ST krossoverinin kuzovu qara rəngə boyanıb, habelə boz-gümüşü və qızılı zolaqlarla bəzədilib. Təkər diskləri də açıq qızılı (və ya açıq bürünc) rəngə boyanıb.Adi “bərkgedən” krossoverdə olduğu kimi, “xalq” krossoveri də Recaro idman oturacaqlarına və karbonu təqlid edən dekora malikdir. Bundan başqa, kandarlardakı Ford Performance yazısı Puma sözü ilə əvəz olunub. Beşinci qapının üzərindəki Puma yazısı da yoxa çıxıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən Puma ST Gold Edition adi Puma ST modelini təkrarlayır. Krossover 200 at qüvvəsi və 320 Nm fırlanm anı hasil edən 1,5-litrlik EcoBoost turbomühərriki və 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. “Bərkgedən” krossover 100 km/saat həddinə 6,7 saniyəyə sürətlənir. Bundan başqa, Puma ST dörd hərəkət rejiminə - Eco, Normal, Sport və Track rejimlərinə malikdir. Opsional avadanlıq siyahısına yüksək sürtünməli ön differensial daxildir.

 “Verilən səslər müştərilərimizin nə qədər həvəsli və yüksək zövq sahibi olduqlarını göstərir. Hər şey detallardan asılıdır və xüsusi buraxılış sayəsində pərəstişkarlarımız həqiqətən arzulanan bir məhsulu yaradıblar ", - Ford of Europe bölməsinin dizayn üzrə direktoru Amko Leenarts bildirib. (c) Autograph.az