Avtomobil testlərində iştirak edərkən, bu testlər haqqında video hesabatlar hazırlamaq qərarına gəldik. Baxımlı kontent hazırlamaq üçün isə, yüksək keyfiyyətli və etibarlı texnikaya ehtiyac vardır. Əlbəttə ki, bu iş üçün ən uyğun olan, yığcam ölçülərə, lakin yüksək texniki imkanlara malik olan müasir əkşn kameralardır. İnternetdə araşdırmalar apararaq müxtəlif icmalları, testləri və rəyləri oxuduq, və nəhayət, son illər məhşurlaşmış çin istehsalçısı Xiaomi şirkətinin təklif etdiyi Yi seriyasından olan kameraları seçdik.

MiHome mağazasında nümayiş etdirilən kameraların qiymət və texniki göstəricilərini nəzərdən keçirərək, top modelləri almaq qərarına gəldik. Həmin kameraların son model və yüksək texniki xarakteristikalara malik olması seçimimizə təsir edən əsas faktorlar idi. Bu kameralar sayəsində çəkəcəyimiz kontentin keyfiyyətini mütəmadi olaraq artırmaq şansına malik olacağımızı anlayırdıq.

Tələblərimiz isə belə idi:

  • Avtomobilə bərkidilən bu kamera videonu stabilləşdirməlidir, çünkü hərəkət zamanı yolların səthi kameranın çəkilişinə təsir edəcək;
  • Səs keyfiyyəti də vacib faktorlardandır. Avtomobili idarə edərkən icmalı kameraya danışaraq montajda keyfiyyətli və təmiz yazı əldə etmə son dərəcə əhəmiyyətlidir;
  • İstifadəsi sadə və aydın olmalıdır;
  • Sərt hava şəraitində istifadə imkanı;
  • Avtomobilin üzərindən düşmək riski yüksək olduğu üçün daha dözümlü olması.

Yi 4K+ əkşn kamerasının ölçüləri

Yi 4K+ modelinin video keyfiyyəti aşağıdaki kimdir:

  • Kameranın resolyusiyası: 12 Mp
  • Video maksimum bitreyt: 1080 - 120 kadr/s (fps), 2.7K və 4K - 60 kadr/s
  • Stabilizasiya: 4K qədər 30 kadr/s
  • Foto rezolyusiyası: 12 Mp, 4000x3000 piksel
  • Video yazılış formatları: MP4 və MOV
  • Obyektiv: 7 laylı şüsə linza, 155 dərəcə genişlik, f 2.8

Simsiz texnologiyalardan Bluetooth 4.0 və Wi-Fi (802.11 a/b/g/n/ac) protokolları əlçatandır. Bluetooth vasistəsi ilə pultu qoşaraq kameranı məsafədən idarə etmək olar. Wi-Fi vasitəsi ilə kameranı smartfona yazılan mobil tətbiqdən idarə etmək də mümkündür. Bundan başqa, Wi-Fi ilə internetə qoşularaq canlı yayım da etmək olar.  

YI Action tətbiqi ilə real zaman rejimində görüntülərə baxmaq, kameranın tənzimləmələrini təyin etmək, videoları izləmək mümkündür. Ən maraqlısı, mobil tətbiq vasitəsi ilə kameranın program təminatını da yeniləmək olar. 

Çatdırılma qutusunda olan USB-C adaptoru ilə kameranı kompyuterə qoşaraq, həm microSD kartdakı video və fotolara baxmaq, həm də onları kompyüterin yaddaşına yükləmək olar. Əlavə kabel vasitəsi ilə videoları və şəkilləri televizorun ekranında seyr edə bilərsiniz. Digər bir adaptor isə xarici mikrofonu qoşmaq üçündür. Daxili mikrofonunun stereo keyfiyyəti yüksək olsa da, bəzən xarici mikrofona ehtiyac olur. Daxili səsgücləndiriclər vasitəsi ilə videoya səsli baxmaq olar. İdarəetmə menyusuna və videolara baxmaq üçün kamera 2.2-düymlük sensorlu ekranla təchiz edilir.  

Qutuda olan komplektə microSD kard daxil deyil, 16-64GB kartlarla işləyir.

Pultun kameranın dəstində olmaması heç də problem deyil, çünki kameranı səslə də idarə etmək mümkündür. Bunun üçün, ilk növbədə, səs komandalarını yazmaq lazımdır ki, onu da menyunun müvafiq bölümündə həyata keçirmək olar. Bu, çəkiliş zamanı işi asanlaşdırır.

Çəkiliş testlərini keçirdim. Bir kameranı avtomobilin ön kapotuna, digərini isə salon şüşəsinə bərkitdim. Keyfiyyəti FullHD 1920x1080 piksel, 60 kadr/s olaraq seçdim. Təəssüf ki, 4K formatında çəkilmiş materialların emalı üçün kompüterin 4 nüvəli Core i7 prosessorunun gücü kifayət etməyir - daha sürətli prosessora ehtiyac vardır. Bu səbəbdən maksimal keyfiyyət olaraq 60 kadr/s 1080 pikseli seçdim. Məhz 60 kadr/s olması kontentin keyfiyyətini çox yüksək edir.

Image alt Image alt Image alt Image alt

İlk təəsüratlar çox yaxşıdır, çünki, zəif işıqlandırmaya malik olan yerlərdə videonun keyfiyyəti yüksək alınır. Hətta, videolardan skrinşot edərək internet üçün şəkillər çıxarmaq da mümkündür.

Kamera microSD 16-64 GB həcmli kartlarla işləyir. Gövdənin alt hissəsindəki qapağı açaraq, oraya batareya və SD kart yerləşdirilir. Üst tərəfindəki həssas düymə ilə foto çəkmək, həmçinin video çəkilişin başlanması və dayanamsını həyata keçirmək mümkündür. Kameranın dəstində şəffaf plastik qab vardır ki, bu da onu açıq havada istifadə etməyə imkan yaradır. Bu, kameranın seçimində məhz başlıca faktorlardan biri oldu.

Yi 4K+ əkşn kamerasının müxtəlif şəraitlərdə test etdik

Plastik qaba yerləşdirərək onu yağışda, qarda istifadə etmək olar, düşərsə, bu qab kameranı zədələnmədən qoruyacaqdır.    

Nəticə. Kameranın testləri göstərdi ki, Yi 4K+ əkşn kamerası yetərli qədər imkanlara və keyfiyyətə malikdir. Dəstin qiyməti 700 manatdır. Xüsusi çubuğu isə əlavə olaraq əldə etmək gərəkdir. MiHome magazasında 170 manatdan başlayan müxtəlif Yi əkşn kameralarını əldə etmək olar. Ətraflı məlumatı mağazanın vebsaytında tapmaq olar.

MiHome magazası - Bakı, Azadlıq prospekti 107, Əlaqə: +994 12 441 15 15 mobil: +994 50 291 11 25

Kameranın özəllikləri