Yaponiyanın Aspark şirkəti yaxın zamanda dünyanın ən yeyin avtomobilini təqdim etməyi planlaşdırır. Bu günə qədər adı belə eşidilməyən istehsalçınən iddiasına görə, avtomobil 100 km/saat həddinə iki saniyədən az müddətə sürətlənəcəkdir.

Yeni avtomobil haqqında geniş məlumat verilməyib. Owl adını alan hiperkarın kuzovu tamamilə  karbondan hazırlanıbdır.  2014-cü ildən üzərində işlər aparılan hiperkarın hündürlüyü 990 millimetr olacaq. Avtomobil, texniki xüsusiyyətləri naməlum olan elektrik güc qurğusu və maqnezium qarışığından hazırlanmış yüngül təkər diskləri ilə təchiz ediləcəkdir.

Hazırda dünyanın ən yeyin seriya avtomobili dreq üçün nəzərdə tutulan Dodge Challenger SRT Demon modelidir. Amerikan kupesi 60 mil/saat sürətini 2,3 saniyəyə toplayır. Çindən olan 1360 at qüvvəli Nio EP9 elektrik hiperkarı 100 km/saat həddinə 2,7 saniyəyə sürətlənir. Lucid Air elektromobili bu işə 2,5 saniyə sərf edir və 380 km/saat maksimal sürətə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt