Porsche şirkəti Los Ancelesdə keçirilən avtosalonda yeni 911 sportkarı ilə yanaşı, 911 GT2 RS Clubsport trek superkarını da nümayiş etdirib. 200 nüsxəlik məhdud saylı tirajla buraxılacaq superkarın qiyməti yarım milyon avroya yaxın olacaqdır.

Trek superkarı yüngülləşdirilmiş interyerə, karbondan hazırlanmış aerodinamik kuzov elementlərinə və salonda quraşdırılmış yeganə oturacağa sahib olub. Clubsport modifikasiyası adi Porsche 911 GT2 RS modelindən 80 kiloqram yüngüldür və 1390 kiloqram çəkiyə malikdir. Xatırladaq ki, 911 GT2 RS Clubsport əvvəlki 991-ci seriyadan olan 911 GT2 RS modelinin bazasında inşa edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Trek superkarı FIA-nın tələblərinə cavab verən təhlükəsizlik karkası, rəngli ekranı olan cihazlar paneli, karbondan hazırlanmış sükan çarxı, həmçinin tənizmlənən stabilizasiya və ABS sistemlərinə sahib olub. Bu sistemlərin iş rejimi mərkəzi konsoldakı tumblerlər vasitəsi ilə tənzimlənir.

Arxadan çəkişli superkar 700 at qüvvəsi hasil edən 3,8-litrlik altı silindrli biturbo mühərrik və yeddi pilləli robotlaşdırılmış transmissiya ilə təchiz edilir. Sportkarın təchizatına mərkəzi bərkitməsi olan 18-düymlük təkər diskləri və Michelin slikləri də daxildir. 

Porsche 911 GT2 RS Clubsport 405 min avroya satılacaqdır. İlk avtomobillər müştərilərə gələn ilin mayında çatdırılacaqdır.