Növbəti nəsil Mercedes-AMG C 63 “bərkgedən” modellər ailəsi hibrid güc aqreqatı ilə təchiz ediləcəkdirlər. AMG bölümünün rəhbəri Tobias Moers bu qərarı labüd adlandırıb. Yüksək vəzifəli menecerin sözlərini “CarAdvice” nəşri dərc edib.

Ford şirkətinin Rumıniya ofisi dördüncü nəsil Focus hetçbekinin videotizerini dərc edərək modelin debüt tarixini açıqlayıb. Təqdimat mərasimi bu ayın 10-da Avropada keçiriləcək xüsusi tədbirdə baş tutacaqdır. “Avtoevolution” nəşrinin məlumatında görə, yeni nəsil Ford Focus modelinin istehsalı amerikan markasının Almaniyanın Zarlui şəhərindəki zavodunda təşkil ediləcəkdir. Burada universal kuzovlu modelin də buraxılışı həyata keçiriləcəkdir. Artıq yeni modelin cəsuslar tərəfindən çəkilmiş fotoşəkli dərc olunubdur.

Yeni nəsil Ford Focus modelinin mühərrik çeşidinə 1,0 və 1,5-litrlik benzin, həmçinin 1,5 və 2,0-litrlik dizel mühərrikləri daxil ediləcəkdir. Güc aqreqatları standart olaraq mexaniki transmissiya ilə təchiz ediləcəkdirlər. Opsional olaraq səkkiz diapazonlu avtomatik ötürmələr qutusunu da sifariş etmək mümkün olacaqdır. Modelin bahalı modifikasiyaları smartfonların naqilsiz doldurulması sistemi, proyeksiya displeyi, baqaj qapağının elektrik ötürməsi, panoram tavan və Bang&Olufsen səs sistemi ilə təchiz ediləcəkdir.