GAC konserni Trumpchi Empow modelinin ilk nüsxəsini keçən ilin noyabrında Quançjou avtosalonunda göstərmişdi, lakin modelin istehsala hazırlıq işləri bir qədər təxirə salınmışdı. İndi GAC Trumpchi Empow adlı sedan tamamilə istehsala hazırdır və yaxın günlərdə Çin bazarında debüt etməlidir. Yeni model Çin istehsalçısına idman üslubunda görünüşə malik olan və əsasən gənclərə ünvanlanmış avtomobillər seqmentinə yol açmaqda kömək edəcəkdir.

Bu günə qədər GAC konserninin belə aqressiv avtomobilləri olmayıb. Yeni sedana əbəs yerə “xəyali bəbir” anlamına gələn çin adı verilməyib. Empow ölçüləri baxımından müasir Volkswagen Jetta və ya Hyundai Elantra modelləri ilə bənzərdir: onun uzunluğu 4700 millimetr, eni - 1850 millimetr, hündürlüyü isə 1432 millimetrdir. Təkər bazasının genişliyi 2736 millimetr olduğu üçün, arxa sırada kifayət qəfər geniş məkan var.

Sedanın baza versiyası LED fənərlər və 16-düymlük təkər diskləri ilə təchiz edilir. Üstəlik, modifikasiya çeşidində idman görünüşünə malik olan bahalı versiya da mövcuddur. Belə versiyanın təchizatına başqa radiator barmaqlığı, yeni bamperlər, baqaj qapağındakı spoyler, buraxılış sisteminin yuvarlaq çıxış boruları, 18-düymlük təkər diskləri və kuzovun seçilən dekoru daxildir.

İnteryerdə cihazlar panelinin və multimedia sisteminin ümumi paneldə birləşdirilmiş 10,25-düymlük ekranları quraşdırılıb. Baza versiyasının interyeri müxtəlif variantlarda təklif edilən seçilən işləmələrlə bəzədilib,  eyni zamanda. “karbon” dekoru da sifariş etmək mümkündür. Tünelin mərkəzində böyük ölçülü mühərriki işəsalma düyməsi yerləşir. Opsiyalar siyahısında elektriklə tənzimlənən ön oturacaqlar və lyuk var.

Trumpchi Empow modelinin əsasını GPMA (Global Platform Modular Architecture) modul platformasına təşkil edir. Xatırladaq ki, Empow bu platformada inşa edilən ikinci modeldir - ilk dəfə bu platformadan Trumpchi GS4 krossoverinin istehsalında istifadə olunub. Üstəlik, mühəndislər, “idman” sedanının ön ötürməli olunmasına baxmayaraq, qənaətə yol verməyiblər və onu müstəqil arxa asqı ilə təchiz ediblər.

Ilkin olaraq, satışa sedanın 177 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən birbaşa püskürtməli 1.5 T-GDI turbomühərriki ilə hərəkətə gələn baza versiyası çıxacaqdır. Güc aqreqatı yalnız iki yaş muftası olan yeddi pilləli “robot” ilə tandemdə çalışır. Sedanın 100 km/saat həddinə sürətlənməsinə 6,95 saniyə tələb olunur. Çinlilərin planlarda 2,0-litrlik turbomühərrik və hibrid qurğu ilə təchiz edilmiş modifikasiyaların buraxılması da var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

GAC Trumpchi Empow sedanının kifayət qədər münasib qiyməti var: 15,300 dollar. Lakin şirkət hələlik heç bir ixrac planı elan etməyib.