Jeep şirkəti yeni nəsil Grand Cherokee modelinin beş yerlik versiyasını təqdim edib. Yeni ofrouderin görünüşü artıq sirr deyil – avtomobilin dizaynı bu yay, elektrikləşdirmə strategiyasına həsr olunmuş Stellantis konfransı çərçivəsində nümayiş etdirilmişdi.

İndi isə, beş nəfərlik ofrouderin hansı güc qurğuları ilə təklif ediləcəyi, habelə onun təchiz ediləcəyi avadanlıq siyahısı məlum olub. Beləliklə, Grand Cherokee modeli ilk dəfə 4xe indeksli hibrid versiyasına sahib olacaqdır. Əlbəttə ki, "macəraçı" Trailhawk versiyası da təklif ediləcəkdir.

Formal olaraq, beşinci nəsil Jeep Grand Cherokee modeli bu ilin yanvar ayında debüt edib. Doğrudur, amerikan istehsalçısı adi versiyanın premyerasını payıza qədər təxirə salaraq, ofrouderin L indeksli uzunbazalı modifikasiyası ilə başlamağa qərar vermişdi. Zahiri cəhətdən, bu avtomobillər dekoru və ölçüləri istisna olmaqla heç nə ilə fərqlənmirlər. Ancaq onların sahib olduqları mühərriklərin çeşidi fərqlidir.

Əgər üçsıralı Grand Cherokee L modeli yalnız 294 at qüvvəli 3,6-litrlik V6 Pentastar və 362 at qüvvəli 5,7-litrlik V8 Hemi aqreqatları ilə təklif edilirsə, beş nəfərlik Grand Cherokee modelinin arsenalında isə, 281 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrikinə əsaslanan hibrid güc qurğusu da var. Bu qurğudan Wrangler 4xe modelində də quraşdırılır.

Əlavə olaraq, hibrid ofrouder iki pilləli paylaşdırıcısı qutusu və 2.72: 1 azalma nisbətinə malik Quadra-Trac II tam ötürməsi ilə təchiz edilir. Bununla belə, tam ötürməli sadə veriyalarda ön oxda qoşulma muftası olan Quadra-Trac I transmissiyası quraşdırılır .

Elektron differensial kilidi olan qabaqcıl Quadra-Drive II transmissiyası Trailhawk modelinin imtiyazıdır. Bundan başqa, “macəraçı” versiyanın təchizatına Quadra-Lift pnevmoasqısı, Selec-Speed ofroud sürət məhdudlaşdırıcısı, hidravlik kilidi olan stabilizator, poladdan hazırlanmış qoruyucu lövhələri və Selec-Terrain dartma sisteminə nəzarət sistemi daxildir.

Grand Cherokee modelinin  salonunda üç 10,1-düymlük ekranı (ön sərnişin üçün ayrı sensorlu ekran nəzərdə tutulub) və ya iki 10,25-düymlük ekranı olan Uconnect 5 multimedia sistemini, simsiz yükləmə meydançasını, 16 istiqamətdə elektriklə tənzimlənən və massaj funksiyasına sahib olan ön oturacaqları və rəngli 10-düymlük proyeksiya ekranını görmək olar.

Aktiv təhlükəsizlik sistemlərinin siyahısında 110-dan çox mövqe var, lakin piyadaların və velosipedçilərin aşkarlanması funksiyası olan avtomatik əyləcləmə sistemi, adaptiv kruiz-kontrol və zolaqda saxlama funksiyası standart təchizata malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlavə ödəniş qarşılığında gecə görmə sistemini, kəsişmələrə nəzarət və sürücünün yorğunluq dərəcəsini aşkarlama sistemlərini, parkinq köməkçisini (paralel və perpendikulyar), yol nişanlarının tanınması sistemini, habelə ön və arxa yuyucusu olan dairəvi müşahidə kameralarını,  ikinci dərəcəli Active Driving Assist (əllərinizi sükan üzərində saxlamaq tələb olunur) yarı avtopilotunu quraşdırmaq olar

Yeni Grand Cherokee, bu ilin dördüncü rübündə Amerikadakı rəsmi diler salonlarında görünəcəkdirlər. Grand Cherokee 4xe hibrid versiyası isə 2022-ci ilin əvvəllərində satışa çıxarılmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.