Automotive News nəşri əldə etdiyi insayder məlumatına əsasən, Lexus RX, LX və GX modellərinin növbəti nəsillərinin debüt tarixini öyrənib. Məsələn, RX və LX modellərinin təqdimatı gələn ilə olanlaşdırılıb, yeni nəsil GX ofrouderi isə 2024-cü ildə işıq üzü görməlidir.

Növbəti nəsil Lexus RX krossoverinin yeni hibrid qurğuya və genişləndirilmiş elektron yardımçılar dəstinə sahib olacağı gözlənilir. Yeni hibrid modifikasiyanın RX 500h adlandırılacağı bildirilib. Yapon istehsalçısı artıq belə əmtəə nişanını qeyd alıb.

Flaqman LX ofrouderi qurğu və aqreqatları Land Cruiser 300 modeli ilə bölüşəcəkdir. Ən maraqlısı odur ki, Yaponiyada yeni Lexus LX modelinə sifarişlərin qəbul olunmasına bu ilin sonunda başlanacaqdır. Yeni ofrouderin üç differensial kilidi olan tam ötürməs sistemini və 3,3-litrlik altısilindrli dizel aqreqatını alacağı bildirilir. Ən güclü Lexus LX modeli 600 indeksinə və 3,5-lirtlik altısilindrli benzin turbomühərrikinə sahib olacaqdır.

Nəhayət, Lexus GX ofroudero GF-F platformasına keçəcək və hibrid olacaqdır. Modelin bir neçə hibrid güc qurğusu ilə təklif ediləcəyi gözlənilir. Qeyd etmək gərəkdir ki, Toyota şirkətinin 2,5 və 3,5 litrlik dizel mühərriklərinə əsaslanan yeni hibrid qurğularını yaradılacağı söylənilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.