Keçən həftənin son iş günü Lexus Bakı Mərkəzi potensial alıcılarının, ölkənin populyar şəxslərinin və yerli avtojurnalistlərin iştirak etdiyi tədbirdə yeni yığcam Lexus UX krossoverini təqdim edib. Tədbir Elektra Events Hall-da təşkil edilib. Lexus Bakı Mərkəzi ənənəvi olaraq öz tədbirlərinə Rusiya şou aləminin tanınmış nümayəndələrini dəvət edir – bu tədbir də qaydalardan istisna olmayıb. Gecənin parlaq ulduzu məşhur Vera Brejneva idi.

Lakin, bundan öncə, toplaşanlara Lexus UX modelinin yerli avtojurnalistlər üçün təşkil edilmiş test yürüşü zamanı çəkilmiş qısa film nümayiş etdirildi. Filmdə Azərbaycanda avtojurnalistikanın əsasını qoymuş məşhur jurnalist Natiq Zərbəliyev, “Autograph” jurnalının təsisçisi və direktoru, eyni zamanda populyar bloqqer olan Ramin Musayev, həmin jurnalın redaktoru - Ruslan Musayev, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı,  AutoTest kanalının yaradıcısı və radioaparıcı Elgün Xıdırov Lexus UX haqqında fikirlərini səsləndiriblər.

Testlər Bakı-Qalaaltı-Bakı marşrutu ilə keçirilib. Test zamanı jurnalsitlərə yeni krossoverin şəhərdə, şəhərkənarı yollarda və yolsuzluq şəraitində sınaqlarını keçirmək üçün şərait yaradılıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, Lexus şirkəti ən yığcam ölçülü krossoveri olan UX modelini bu il keçirilən Cenevrə avtosalonunda nümayiş etdirib. Yapon premium avtomobillər istehsalçısı krossoverin 30 yaşlı şəhər sakinlərinə ünvanlandığını bildirib.

Lexus UX krossoverinin qabarit uzunluğu 4495 millimetr, eni – 1840 millimetr, hündürlüyü – 1520 millimetr, təkər bazasının genişliyi isə 2640 millimetrdır. Lexus NX modelinə nisbətən yeni krossover 145 millimetr qısa, 5 millimetr ensiz və 125 millimetr alçaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

UX modelinin təkər bazası da 20 millimetr qısadır. Lexus UX modeli onunla birlikdə debüt edən GA-C modul platformasında inşa edilib. Avtomobil öndə McPherson , arxada isə ikili qolları olan asqı ilə təchiz edilib. Krossoverin qanadları, qapıları və kapotu alüminiumdan, baqaj qapağı isə kompozit materialdan hazırlanıb.

Yeni krossover iki modifikasiyada təklif ediləcəkdir – 200 və 250h. Lexus UX 200 150 at qüvvəsi hasil edən mühərrik və yeni növ transmissiya ilə təchiz edilir. Bu birinci pillədə variator ilə birləşdirilmiş mexaniki qutudur. Mühərrik 13:1 sıxılma əmsalına və 40 faizlik termik faydalı iş əmsalına malikdir.

Hibrid krossover 2,0-litrlik benzin mühərriki, variator, nikel-metalhidrid batareyaları və arxa oxda quraşdırılan elektromotorla təchiz edilir. Hibrid qurğunun ümumi gücü 178 at qüvvəsidir. Yeni model üçün tərkibinə başqa radiatior barmaqlığı, təkmilləşdirilmiş asqı, 18-düymlük disklər və idman oturacaqları daxil olan F Sport dəsti də nəzərdə tutulub. Krossover üçün adaptiv asqı və ASC (Active Sound Control) sistemi daxildir. Sonuncu ötürmələrin edilməsinin səsini təqlid edir.

Lexus UX modeil artıq satışdadır. Avtomobil ilə maraqlananlar Lexus Bakı Mərkəzində ətraflı tanış ola bilər.