Yeni nəsil Mercedes-Benz S-Class modelinin eksteryer və interyerinin əks olunduğu casus şəkilləri dərc olunub. Çində sınaqdan keçirilən prototiplərindən birini çəkməyə müvəffəq olan diribaş fotoqraf, avtomobilin salonuna göz gəzdirməyə də imkan tapıb. Çox güman ki, W223 seriyasından olan flaqman sedanı bağlı təqdimat üçün Çinə gətirilib.

Mercedes-Benz S-Class sedanın nəsil dəyişməsi ilə birlikdə, onun dizaynınada inqilabi dəyişikliklərin olması gözləyir: şaquli arxa fənərlərdən baqaj qapağına qədər uzanan üfüqi fənərlərin lehinə imtina edilib. Arxa fənərlər üçbucaqlı formaya və yeni naxışa sahib olublar.

Arxa hissədəki iki xrom zolaqdan biri ixtisara salınıb. Radiator barmaqlığının forması da bir qədər mürəkkəbləşib: indi bu detal yuvarlaq kənarları olan yeddi guşəli formaya malikdir. Ön bamperin dizaynına baxsaq, casusların AMG dəsti ilə təchiz edilmiş S-Class modelini yaxaladıqları görünür.

Bayraq sedanının salonu tamamilə yeni arxitekturaya malikdir: MBUX multimedia kompleksinin və cihazlar panelinin vizual olaraq birləşdirilmiş iki displeyindən imtina edilib. İndi multimedia sistemi kvadrat formalı planşetə sahibdir, cihazlar paneli isə genişformatlı displeyi əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Multimedia sisteminin nəhəng sensorlu ekranı, havalandırma sisteminin ön panelin yuxarı hissəsinə olan deflektorlarını "sıxdıraraq çıxarıb" və dəyirmi deflektorlar, Vision EQS konseptində olduğu kimi düzbucaqlıları ilə əvəzlənib. "Rəqəmsal" interyerdə əqrəbli firma saatı üçün yer tapılmayıb, fiziki düymələrin sayı da kəskin şəkildə azaldılıbdır. Arxa sərnişinlər də çıxarıla bilən planşetlərlə təchiz ediliblər.

Yeni nəsil Mercedes-Benz C-Class modelinin şəkillərində də avtomobilin ayrı-cihazlar panelinin və multimedia sisteminin ekranlarının ayrıldığı diqqəti çəkir. Çox güman ki, bu dizayn üslubu bütün yeni Mercedes-Benz modellərində tətbiq ediləcəkdir. Flaqman S-Class haqqında daha ətraflı məlumat yaxın zamanlarda açıqlana bilər. Bayraqdar sedanın təqdimatı ilin sonuna qədər baş keçirilməlidir.

Mənbə: liucunyi instagram.com