Audi şirkətinin aksessuarlar mağazasında A7 Sportback avtomobilinin miqyaslı modelinin satışına başlanıb. Bu oyuncaq cari avtomobilin deyil, yeni nəsil A7 modelinin oyuncaq variantıdır.

1:43 nisbətində hazırlanmış avtomobil ağ və qara rəngdə təklif edilir.

Oyuncaq modeldən göründüyü kimi, yeni A7 Sportback modeli son Audi modellərinin və Prologue konseptinin dizayn üslubunda olan eksteryerə sahib olub. Yeri gəlmişkən, A7 Sportback modelinin qabaq fənərlərinin forması konseptin fənərlərini xatırladır. Yeni avtomobilin MLB Evo modul platformasında inşa edildiyi güman edilir. Bu platformadan Audi Q7 və yeni nəsil Audi A8 bayraqdar sedanının istehsalında istifadə olunur. 

Böyük ehtimalla, yeni nəsil A7 modelinin mühərrik çeşidinə altısilindrli benzin və dizel turbomühərrikləri, üç turbokompressorlu dörd litrlik V8 mühərriki daxil ediləcəkdir.