Infiniti şirkəti növbəti nəsil QX60 krossoverinin variator əvəzinə avtomatik transmissiya ilə təchiz ediləcəyini bəyan edib. Infiniti QX60 modelinin dizaynı dəyişdirilmiş və genişləndirilmiş avadanlığa malik olan Pathfinder modelinin olduğunu nəzərə alsaq,belə dəyişikliyin baş verəcəyi gözlənilən idi. Artıq bildiyimiz kimi, bu günlərdə təqdim edilmiş yeni nəsil Nissan Pathfinder modeli də variatorla sağollaşıb.

Yeni QX60 modeli hələlik sınaqdan keçirilir, buna görə də Infiniti kamuflyaja bürünmüş avtomobilin şəkillərini yayımlayıb. Eyni zamanda, istehsalçı krossoverin güc aqreatı ilə bağlı təfərrüatları açıqlayıb. Üç oturacaq cərgəsinə malik olan iri krossover 299 at qüvvəsi hasil edən 3,5-litrlik birbaşa püskürtməli V6  mühərrikini qoruyub saxlayacaqdır. Xatırladaq ki, bu areqat Pathfinder modelində 288 at qüvvəsi hasil edir.

Güc qurğusu 9-pilləli ZF "avtomatı" ilə tandemdə çalışır. Infiniti modelində quraşdırılan transmissya titrəmələri azaldan aktiv dayaqlar ilə təchiz edilir. Hərəkət elektronikası beş rejimə malikdir - Standard, Eco, Sport, Winter Snow və tənzimlənən Personal.

Yeni nəsil Infiniti QX60 modelinin eksteryer dizaynı, keçən il nümayiş olunan Infiniti QX60 Monograph prototipi nümayiş etdib: yeni ofrouder daha sanballı və ağır görkəmə malik olacaqdır. Yeni krossoverin təqdimatı yaxın zamanlarda baş tutmalıdır.