Yaponiyanın Creative Trend saytının bildirdiyinə görə, yeni nəsil Lexus LX modelinin debütü təxirə salınıb. Bunun əsas səbəbi, təchizatçıların avtomobil istehsalçısını ehtiyat hissələri ilə təmin edə bilməməsidir. Söhbət, bütün avtomobil şirkətlərinin üzləşdiyi elektron komponentlərdən gedir. Yeni LX modelinin təqdimatının 2021-ci ilin sonuna qədər keçiriləcəyi gözlənilirdi. Yeni Lexus LX ofrouderinin 2022-ci ilin əvvəlində satışa çıxarılması nəzərdə tutulurdu. Yeni tarix hələlik açıqlanmayıb, lakin gələcək ofrouderin mühərrikləri haqqında insayder məlumatı peyda olub.

Yeni məlumatlara görə, baza LX modeli indiki 5,7-litrlik V8 mühərrikini qoruyub saxlayacaqdır, halbuki əvvəllər modelin ilkin versiyasının Toyota Land Cruiser 300 modelindən götürülmüş 415 at qüvvəli 3,5-litrlik V6 turbomühərriki ilə təchiz ediləcəyi proqnozlaşdırılırdı.ofrouderin top versiyası LX 750h indeksli hibrid versiyası olacaqdır: belə ofrouder 480 at qüvvəsi hasil edən hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Hibrid qurğunun tərkibinə 3,5-litrlik benzin mühərriki və elektrik mühərriki daxil olacaqdır.

Əvvəllər dördüncü nəsil LX modelinin, xüsusi dekoru və kuzov dəsti ilə seçiləcək Sport və F Sport versiyalarını alacağı bildirilmişdi. Həmçinin VIP təchizat səviyyəsinin də təklif ediləcəyi də gözlənilir. Belə versiya LS sedanından götürülmüş yüksək rahatlıqlı arxa divana malik olacaqdır.

Mikroçip çatışmazlığı təkcə Lexus markasının istehsal planına deyil, Toyota şirkətinə də təsir edib. Komponentlərin çatışmamazlığı səbəbindən yapon markası istehsal həcmini 40 faiz azaltmalı olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.