Krossoverlərin ekspansiyasına baxmayaraq, C-Class bazarda ən çox satılan Mercedes-Benz avtomobili olaraq qalır - təqaüdə göndərilən cari nəsil C-Class ailəsi yeddi il ərzində 2.5 milyon nüsxəlik tirajla satılıb. Bu modelə olan ümidlər hələ də yüksəkdir, lakin indi alman istehsalçısı risk gedərək, modelin ən mühafizəkar təkamül yolundan uzaqlaşmağa qərar verib.

Yeni C-Class modelini sonuncu nəsil S-Class modeli ilə eyni lekallara əsasən hazırlanıb. Mercedes-Benz şirkəti sedan ilə yanaşı, universal kuzovlu modeli də təqdim edib - məlumdur ki, Almaniyada (və bir sıra digər Avropa ölkələrində) C-Class modelinə olan tələbatın üçdə ikisini universallar təşkil edir.

Yeni C-Class modeli klassik quruluşunu və arxa tərəfə çəkilmiş salonu olan xarakterik siluetini qoruyub saxlayıb. C-Class modelinin dizaynında cari E-Class və S-Class modellərinin, tanınan cizgilərdən istifadə olunub: daralmış və qaldırılmış fənərlər, baqaj qapağında əlavə bölmələri olan arxa fənərlər (əvvəllər belə həll yolu C-Class sedanında deyil, kupe, kabriolet və universallarında tətbiq olunurdu). Yeni modelin aerodinamik müqavimət əmsalı rekord olmasa da, əladır: sedan üçün 0,24 və universal üçün isə 0,27.

A-Class sedanı ilə ara məsafəsini artırmaq üçün mühəndislər yeni C-Class modelinin sələfindən daha böyük ediblər: sedanın uzunluğu 65 millimetr artaraq demək olar ki, W124 seriyasından olan E-Class modelinə çatıb: indi modelin uzunluğu 4751 millimetr təşkil edir! Bununla belə, modelin təkər bazası yalnız 25 millimetr artaraq 2865 millimetrə bərabər olub, qalan artımı isə kuzov çıxışları təmin ediblər. Avtomobilin eni 10 millimetr artaraq 1820 millimetrə çatıb, hündürlük isə əksinə 9 millimetr azalaraq 1438 millimetrə bərabər olub.

Yola saldığımız C-Class modeli, bəlkə də Mercedes-Benz avtomobilləri arasında ən mühafizəkar salonuna malik idi, lakin yeni modelin salonu flaqman S-Class modelinin avanqard ruhunda hazırlanıb. Yəni, yeni C-Class modeli sürücünün qarşısında vahid şüşə altında iki displey olan Mercedes salonlarının təkamül mərhələsini keçməyən yeganə model olub. W206 seriyasından olan yeni modeli ayrıca virtual cihazlar panelinə (10,25 və ya 12,3 düymlük ekranı olan), proyeksiya ekranına və MBUX kompleksinin sürücüyə tərəf çevrilmiş iri şaquli planşetinə malikdir.

Bu ekran iki ölçü variantında (9,5 və ya 11,9 düym) təklif edilir və əlavə olaraq, çoxlu sayda yeni funksiyalara sahibdir. Məsələn, kilidini açmaq üçün xüsusi barmaq izi skaneri nəzərdə tutulub. Yeniləmələr “hava” üzərindən yüklənir, onlayn musiqini də qoşmaq (yalnız Burmester səs sistemi ilə birlikdə), “mobil ofisi” təşkil etmək və ya “ağıllı evə” qoşulmaq olar.

Avtomobilin salonu daha geniş olub. Çiyin zonasındakı məkan öndə 26 millimetr, arxada isə 13 millimetr, cərgələr arasındakı məsafə isə 21 millimetr artırılıb. Sedanın arxa sərnişinlərinin başı üzərində əlavə 13 millimetr məkan peyda olub. Kontur işıqlandırması standart təchizata daxildir. Vibromasajı olan çox konturlu ön oturacaqları sifariş etmək də mümkündür: oturacaqların kürək hissəsinə səkkiz pnevmatik kamera quraşdırılıb. Dördzonalı klimat-kontrolu da sifariş etmək olar.

Sedanın baqaj bölməsinin həcmi (455 litr) dəyişməyib, universalın baqaj bölməsi isə 30 litr daha tutumlu olub: pərdənin altında 490 litr, arxa oturacaqların qatlanması halında 1510 litr. Univesal, kürək hissəsi 40:20:40 nisbətində üç hissəyə bölünən standart arxa oturacaq cərgəsinə malikdir.

Yeni C-Class modeli flaqman S-Class ilə eyni MRA modul platformasında inşa edilib, lakin onun konstruksiyasında alüminiumun nisbəti daha azdır: mühəndislər daha ucuz polada üstünlük veriblər. Ön tərəfdə klassik ikiqollu, arxada isə çoxqollu asqı quraşdırılıb. Əlavə ödəniş ilə adaptiv amortizatorları və ya idman şassisini sifariş etmək olar, lakin pnevmoasqı artıq təklif olunmur. Pnevmatik asqı yalnız qolulan hibridərdə və yalnız arxa oxda qalıb.

Ancaq, C-Class ilk dəfə tam idarəolunan şassiyə sahib olub! Əlbəttə, bu opsiyadır və təklif edilən mexanizm S-Class modelində olduğundan daha sadədir. Arxa təkərlər 2,5 dərəcəlik bucağa dönə bilərlər. Xatırladaq ki, S-Class modelinin arxa təkərləri 10 dərəcəlik bucağa dönürlər. 60 km/saat həddinə qədər sürətlərdə arxa təkərlər, manevr qabiliyyətini yaxşılaşdırmaq üçün (dönmə diametri 43 santimetr azalıb), ön təkərlərlə əks istiqamətə, 60 km/saat həddindən yüksək sürətlərdə isə, sabitliyi artımaq üçün eyni istiqamətə dönürlər. Tam idarəolunan şassi ilə birlikdə başqa sükan mexanizmi quraşdırılır: sükan çarxı standart versiyadakı 2,3 dövr əvəzinə 2,1 dövr edir.

Yeni C-Class modeli yalnız dördsilindrli mühərriklər ilə təklif ediləcəkdir. Bildiyimiz kimi, Mercedes-Benz şirkəti V6 mühərriklərindən imtina edib, onları əvəzləyən sıralı altısilindrli mühərriklər C-Class əlçatmazdır. Bununla belə, Avropada satılacaq bütün versiyalarda 48 voltluq EQ-Boost startyor-generatoru quraşdırılacaqdır: 20 at qüvvəsi və 200 Nm hasil edən aqreqat hərəkətə başlayarkən və sürətlənmənin ilk saniyələrində benzin mühərrikinə kömək edir. Satışların başlanğıcında modifikasiyalar çeşidində üç benzin və iki dizel modifikasiyası olacaqdır.

Benzin versiyaları M254 turbomühərrikləri ilə təchiz olunur: bunlar 170 at qüvvəli 1,5-litrlik mühərrik ilə təchiz edilən Mercedes-Benz C 180 modifikasiyası, eyni mühərrikin 204 at qüvvəli variantı ilə təchiz edilən C 200 modeli və 258 at qüvvəli 2,0-litrlik aqreqatla təchiz edilən C 300 modifikasiyasıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

2,0-litrlik OM654 biturbodizeli modernləşdirilib: porşenin gedişi artırılıb, iş həcmi 1950-dən 1992 kubmetrə qədər, püskürtmənin təzyiqi isə 2500-dən 2700 bara yüksəldilib. İlkin olaraq, seçim etmək üçün iki versiya var: 200 at qüvvəli Mercedes-Benz C 220 d və 265 at qüvvəli C 300 d. Bütün versiyalar alternativsiz 9-pilləli 9G-Tronic “avtomatı” ilə təchiz olunurlar. 4Matic tam ötürmə sistemi hələlik əlavə ödəniş ilə yalnız C 200 və C 300 benzin versiyaları üçün təklif olunur. Ən güclü dizel sedanı 100 km/saat həddinə 5,7 saniyəyə sürətlənir.

Təkrar doldurula bilən C 300 e və C 300 de (benzin və dizel) hibridlərinə gəldikdə isə, onlar əvvəlki 13,5 kilovat-saatlıq batareyanın əvəzinə 25,4 kilovatlıq yeni dartma batareyasına sahib olacaqdırlar. Bununla birlikdə, elektrik ötürməsi ilə qət edilən məsafə 100 kilometrə çatacaqdır. Eyni zamanda, 129 at qüvvəsi və 440 Nm hasil edən elektrik mühərriki sırf elektrik ötürməsi ilə 140 km/saata qədər sürətlənməyə imkan verəcəkdir. Hibridlər barədə ətraflı məlumat daha sonra açıqlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlbəttə ki, yeni C-Class adaptiv kruiz-kontrol da daxil olmaqla, elektron köməkçilərin tam dəstinə malikdir. Bundan əlavə, zolaqda saxlama sistemi artıq 210 km/saata qədər sürətlərdə işləyə bilər. Adi LED optikası standartdır, əlavə ödənişlə hər birində 1,3 milyon aktiv pikseli olan matrisa fənərləri sifariş etmək olar. Bu məbləğə bir qədər əlavə etməklə, fənərlər yol səthində məsləhətləri “çəkəcəkdir”!

Avropada yeni Mercedes-Benz C-Class modelinə sifarişlər mart ayının sonunda qəbulk ediləcəkdir. Yeni nsəil sedan və universalların satışlarına yay aylarında başlanacaqdır.