Bu günlərdə prototiplər «ovuna» çıxan cəsuslar yeni nəsil Mercedes-Benz CLA-Class sedanının kamuflyajlı sınaq prototipinə rast gəliblər. Yeni şəkillər gələcək CLA modelinin xarici görkəmi barədə müəyyən mülahizələr yürütməyə imkan verirlər.

Motor1.com saytının da bildirdiyi kimi, ilk baxışdan bu prototip yeni nəsil A-Class sedanına bənzəyir. Lakin, arxa hissəsinin dizaynı qarşımızada məhz CLA sedanının olduğunan xəbər verir. Bu sedan artıq təqdim edilmiş A-Class sedanından dam xəttinin forması ilə seçilir. Üstəlik, kamuflyaj sedanın damını, işıq cihazlarını və radiator barmaqlığını gizlətmir.  

Daxili tərtibata gəldikdə isə, burada A-Class modelinin tanış cizgilərini görmək olar. Eyni formalı displeylər və havalandırma sisteminin deflektorları CLA sedanının interyerinin A-Class bənzər olacağına işarə edir. Eyni zamanda, iki modelin ümumi platformada inşa edildiyini nəzərə alsaq, CLA modelinin texniki cəhətdən də fərqlənməyəcəyi anlamına gəlir.

Əlbəttə ki, 302 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz edilmiş Mercedes-AMG CLA35 sedanının prototipləri də artıq cəsuslara rast gəlib. Yəqin ki, 400 at qüvvəli «bərkgedən» Mercedes-AMG CLA45 sedanının da olacağını söyləməyə ehtiyac yoxdur.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt