Sabah, 2 sentyabr tarixində, ən çox gözlənilən avtomobilin – Mercedes-Benz S-Class modelinin yeni nəslinin təqdimatı baş tutacaqdır. Alman markasının yeni flaqman sedanı haqqında kifayət qədər məlumat verilib, üstəlik avtomobil eksteryer dizaynını nümayiş etdirən dizayner eskizi də dərc olunub.

Buna baxmayaraq, casuslar yenə də flaqman sedanının prototiplərini “ovlamağa” davam edirlər. Bu günlərdə onlar nimimal kamuflyaja malik olan yeni nəsil Mercedes-Benz S-Class modeli ilə üzləşiblər. Göründüyü kimi, avtomobil çıxan qapı dəstəklərinə və tanış siluetə malikdir.

Bundan başqa, avtomobil kupeşəkilli kuzov forması, iri öçülü təkər diskləri və yenilənmiş E-Class modelinin üslubunda LED gündüz hərəkət işıqlarına malik olan ön fənəriləri ilə seçilir. Yeni modeli W222 nəslindən fərqləndirən cəhətlər arasında daha yuvarlaq formalı radiator barmaqlığı, üfüqi çarpaz xətlərdən məhrum edilmiş və xrom ilə işlənmiş hava girişləri də vardır.