Əslində bu krossoverin artıq iki yaşı var. Amerikada o, 2020-ci ilin yayında Nissan Rogue adı ilə debüt edib və hətta mühərrik dəyişməyə də imkan tapıb. Bizə yaxşı tanış olan X-Trail qlobal adı altında buraxılan variant isə, 2021-ci ilin yazında Çində təqdim edilib.

Lakin yalnız indi dördüncü nəsil Nissan X-Trail həqiqətən də qlobal model olmağa hazırdır: bu günlərdə Yaponiyada onun istehsalına başlanılıb və buradan avtomobillər Avropa, Avstraliya və dünyanın digər regionlarına çatdırılacaqlar. Üstəlik, Yaponiyada satılacaq X-Trail yeni texnikanı və bir sıra digər funksiyalar əldə edib.

“Ofroud” versiyası

Bununla belə, satıldığı bazardan asılı olamayaraq, avtomobillər zahiri cəhətdən eynidirlər: Yaponiya istehsalı olan X-Trail Amerika və Çin analoqlarından yalnız bamper örtükləri və təkər disklərinin dizaynı ilə fərqlənirlər. Üstəlik, modifikasiya çeşidində “ofroud” kuzov dəsti olan variant və dəbdəbəli Autech versiyası da peyda olub.

Xatırladaq ki, “dördüncü” X-Trail sələfi ilə eyni CMF-C/D platformasında qurulub: hətta təkər bazası da əvvəlki kimidir - 2705 millimetr. Krossoverin uzunluğu 21 millimetr (4660 millimetr), eni isə 20 millimetr (1840 millimetr) artıb. 18 və ya 19 düymlük təkər disklərindən seçim etmək olar.

Nissan X-Trail Autech

İnteryer də qlobal olaraq unifikasiya edilib. Daha sadə versiyalarda analoq cihazlar paneli və səkkiz düymlük ekrana malik olan sadə mediasistem, daha bahalı avtomobillərdə virtual cihazlar paneli və multimedia sisteminin genişformatlı 12,3-düymlük ekranı, top versiyada isə, əlavə olaraq proyeksiya displeyi də quraşdırılır.

Opsiyalar arasında dairəvi müşahidə kameraları, panoram dam və ProPilot adaptiv kruiz-kontrolu var. Bundan başqa, Yaponiyada buraxılan X-Trail krossoveri, Amerika və Çində satılan avtomobillərində olmayan üçüncü oturacaq cərgəsini də alıb.

Nissan X-Trail Autech

Ən başlıcası isə, yapon X-Trail modeli ikinci nəsil e-Power hibrid sistemini əldə edib. Bu, ardıcıl hibriddir: təkərlər elektrik mühərriki ilə hərəkətə gəlir, benzin mühərriki isə, yalnız generator rejimində işləyir və yalnız elektronika tərəfindən idarə olunur. Əvvəlki nəsil X-Trail modelində sadə elektrik mühərriki olan paralel tipli hibrid güc qurğusu quraşdırırlırdı.

Kapotun altında 8:1-dən 14:1-ə qədər dəyişə bilən sıxılma nisbətinə malik  olan 1,5-litrlik üçsilindrli VC-Turbo turbomühərriki var. Mühərrik 144 at qüvvəsi və 250 Nm hasil edir, lakin e-Power sisteminin tərkibində bu mühərrik ən optimal rejimlərdə işləyir və dartma batareyasını doldurur. Buna görə də baza versiyanın orta yanacaq sərfiyyatı WLTC dövrünə əsasən  100 kilometrə cəmi 5,1 litrdir.

Nissan X-Tail

Nissan X-Trail modelinin baza versiyası ön ötürməlidir: elektrik mühərriki  204 at qüvvəsi və 330 Nm fırlanma anı hasil edir və bir pilləli reduktor vasitəsilə təkərləri hərəkətə gətirir. Burada ötürmələr qutusu yoxdur, lakin qaz pedalına “elektromobil” reaksiyası və “bir pedal” ilə idarəetmə rejimi var.

Əlavə ödəniş müqabilində e-4orce adlı tam ötürmə sistemi (Nissan Ariya elektrik avtomobili kimi) təklif olunur: arxa oxa 136 at qüvvəsi və 195 Nm hasil  edən əlavə elektrik mühərriki quraşdırılır. Üstəlik, belə bir krossoverin  reduktorlarının dötermə nisbəti fərqlidir: öndə 8,28, arxada isə 7,28.

Nissan X-Trail

Əlbəttə ki, hibrid X-Trail daha ağırdır: ən azı 1740 kiloqram, tam ötürmə sistemi isə daha 100 kiloqram əlavə edir. Məsələn, eyni VC-Turbo benzin mühərriki və variator ilə təchiz edilən çinli X-Trail 1590 kiloqramlıq çəkiyə malikdir.

Üstəlik, hibrid krossoverin klirensi də azaldıb: ön ötürməli krosoverdə klirens 200 millimetr, tam ötürməlidə isə 185 millimetrdir. Xatırladaq ki, adi benzin versiyalarında klirens 210-212 millimetr arasındadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, Yaponiya bazarı üçün e-Power hibrid sistemi yeganə seçim olacaqdır. Avropada bazarında da üstünlük hibridə veeriləcəkdir. Məsələn, yeni X-Trail Avstraliyada 184 at qüvvəli 2,5-litrlik  benzin mühərriki, variator və adi tam ötürmə sistemi ilə satılacaqdır.

Yaponiyada yeni nəsil Nissan X-Trail hibridinin qiyməti 23.100 dollardan başlayır, tam ötürməli versiya isə minimum 25.200 dollara satılır. Avropada satılacaq krossoverin texniki xüsusiyyətlər və qiymətləri bu yayın sonuna qədər açıqlanmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.