Porsche şirkəti rəsmi olaraq yeni nəsil Cayenne modelini təqdim edib. Bir neçə gün bundan öncə avtomobilin rəsmi şəkilləri internet şəbəkəsində peyda olduğuna görə onun dizaynı artıq heç kim üçün sirr deyildir.

Yeni avtomobil sələfindən əsasən ön və arxa hissəsinin dizaynı ilə fərqlənir. Ən ççox da Panamera Sport Turismo modelinin üslubunda hazırlanmış arxa hissə ilə.

Buna baxmayaraq, Cayenne modelinin texniki hissəsi ciddi şəkildə təkmilləşdirməyə məruz qalıb. Onun güc strukturunda yüksək möhkəmlikli metallar üstünlük verilibdir. Kuzovun xarici panelləri, döşəməsi və ön modulu alüminiumdan hazırlanıb. Porsche Cayenne modelinin təkər bazasının uzunluğu dəyişməz qalsa da, onun uzunluğu 63 millimetr artaraq 4918 millimetr olub. Avtomobilin çəkisi 65 kiloqram azalaraq 1985 kiloqram təşkil edir.

Bu çəkinin 10 kiloqramı adi akkumulyatorun litium-ion analoqu ilə əvəzlənməsi sayəsində  azalıbdır.

İlkin zamanlarda krossover iki modifikasiyada təklif ediləcəkdir. Baza variantı olan Porsche Cayenne 340 at qüvvəsi  və 450 Nm fırlanma anı hazil edən 3,0-litrlik turbomühərriklə təchiz edilir. Bu model 100 km/saat həddinə 6,2 saniyəyə ( - 1,5 saniyə) sürətlənir.

Sport Chrono dəsti ilə bu rəqəm 5,9 saniyəyə bərabərdir. Maksimal sürət - 245 km/saat təşkil edir.  Öz növbəsində, Cayenne S modeli artıq Panamera modelindən tanış olan 2,9-litrlik biturbomühərriklə təchiz edilir. Bu mühərrik 440 at qüvvəsi və 550 Nm təklif edir. Sport Chrono dəsti ilə təchiz edilmiş krossover 100 km/saat sürətini 4,9 saniyəyə ( - 0,5 saniyə) toplayır. Onun maksimal sürəti isə 259 km/saatdır. Cayenne S modelini adi krossoverdən buraxılış sisteminin iki cütlənmiş borusuna görə seçmək olar.

Hər iki avtomobil səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır.

Artıq bildiyimiz kimi, yeni Cayenne Audi Q7 və Bentley Bentayga modelinin istehsalında istifadə edilən MLB Evo modul platformasında hazırlanıb. İstehsalçının iddiasına görə, köhnə modeldən yadigar qalan yalnız PASM adaptiv amortizatorlarıdır.  Bu amortizatorlar standart olaraq Cayenne S modelinə quraşdırılır.

Qalan elementlər ya yenidir, ya da ciddi təkmilləşdirməyə məruz qalıblar. Standart olaraq üçkameralı pnevmodayaqlar quraşdırılır ki, onlar da istənilən yol şəraitinə uyğunlaşa biliirlər. Əlavə ödənişlə tam idarələnən şassini, yana əyilmələrin qarşısını alan 48 voltluq şəbəkəsi olan aktiv elektrik stabilizatorları sifariş etmək olar. 

Tam çəkiş sistemi dəyişilməz qalsa da, bu sistemlər kompleksi Porsche 4D Chassis Control adını alıbdır.

Standart olaraq avtomobil çuqundan olan əyləc mexanizmləri təklif edilir. Əlavə ödənilə karbon-saxsı mexanizmləri də sifariş etmək mümkündür. Lakin, PSCB (Porsche Surface Ciated Brake) adlı orta variant da mövcuddur - bunlar volfram karbidi ilə üzlənmiş şuqun disklrdir. Belə əyləclər 21-düymlük təkər diskləri və ağ rəngli supportlarla təklif edilir. İlk dəfə olaraq Cayenne ön və arxa oxda müxtəlif ölçülü təkərlərlə təchiz edilir.

Standart olaraq avtomobil 19-düymlük təkər diskləri ilə təchiz edilir.

Yeni Cayenne modelinin interyeri Panamera liftbekinin dizayn üslubunda tərtib edilib. Cihazlar paneli ənənəvi taxometrdən və iki yeddi düymlük diskpeydən ibarətdir. Bu displeyləri avtomobilin sahibinin arzusuna uyğun tənzimləmək mümkündür. Ön paneldə 12,3 düym diaqonala malik olan displey yerləşir. Mediasistem iki smartfonu dəstəkləyir, internetə çıxış verir və aktual funksiyalara malikdir. Mərkəzi konsoldakı bütün düymələr sensorlududrlar.

Yalnız  havalandırma sisteminin mərkəzi deflektorları əllə idarə olunurlar. Panamera modelində bu işə servoötürücülər cavabdehdirlər. Sükan üzərində Porsche avtomobillərindən tanış olan rejimlərin dəyişdirilməsi düyməsi vardır. Onun mərkəzində yerləşən Sport Response düyməsi 20 saniyə müddətinə  ən güclü rejimi aktivləşdirir. Əlbəttə ki, yolsuzluq üçün nəzərdə tutulan rejimlər də mövcuddur.

Krossoverin beş yerli salonu daha geniş olub. Baqaj bölümünün həcmi 670 litrdən 770 litrə qədər artıb. Baqajın maksimal həcmi 1780 (+10) kiloqram təşkil edir.  Avtomobilin standart təchizatına işıqdiodlarından olan işıq texnikası daxildir. Əlavə ödənişlə matrisa tipli fənərləri sifariş etmək olar.

Bundan başqa, dörd zonalı klimat-kontrol, oturacaqların qızdırılması və havalandırması, panoram tavan, Bose və ya Burmester səs sistemi də avadanlıq siyahısına daxil edilib. Almaniyada yeni Cayenne modelinin qiymətləri 74830 avrodan başlayır. Cayenne S üçün isə 91960 avro tələb olunur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt