Dördüncü nəsil Skoda Fabia modeli artıq bir neçə dəfədir ki, casusları tərəfindən yaxalanıb. Bu gün isə, Skoda şirkəti özü gələcək avtomobilin ilk tizerini nəşr edib. Hetçbek hazırkı form-faktorunu qoruyacaq, ancaq maili tavan və C dirəklərinin artan meyl bucağı sayəsində daha dinamik görünüşə malik olacaqdır. Bundan əlavə, artıq yeni Fabia hetçbekinin daha nazik ön fənərlərə və (ilk dəfə) beşinci qapıda əlavə bölmələri olan üfüqi arxa fənərlərə sahib olacağı artıq məlumdur.

Yeni model Volkswagen Polo, Audi A1 və Seat Ibiza modellərindən artıq tanış olan MQB-A0 modul platformasına keçəcəkdir (indiki Fabia yalnız bu platformanın elementlərindən istifadə edilir). Yeni platforma elektron sistemlərin çeşidini genişləndirməyə imkan verəcək, habelə qurğu və aqreqatların səxlaşdırılması sayəsində yeni model daha geniş salona malik olacaqdır. Baqaj bölməsinin həcmi 50 litrə qədər artacaqdır.

Skoda Fabia modeli hələ 2018-ci ildə dizel mühərriklərindən məhrum olub. Bu səbəbdən də, yeni modeldə yalnız benzin mühərrikləri quraşdırılacaqdır. Müştərilərin mexaniki transmissiya və yeddi pilləli DSG  "robotu" arasında seçim imkanı olacaqdır. Ötürmə - yalnız ön oxadır . Dördüncü nəsil hetçbekin təqdimatı yazda baş tutmalıdır. Daha sonra, universal kuzovlu Skoda Fabia Combi işıq üzü görəcəkdir.