Britaniyanın "Car" dərgisinin jurnalistləri W223 seriyasından olan S-Class modelinin seriyaöncəsi versiyasını sınaqdan keçiriblər. Eyni zamanda, Mercedes-Benz şirkətinin inkişaf departamentinin rəhbəri Yurgen Veissinger ilə söhbət ediblər. Jurnaslitlər yeni flaqman sedanının mühərrik çeşidi barədə də məlumatı əldə ediblər. İlk zamanlarda sedan iki altısilindrli dizel və iki benzin aqreqatı və bir səkkizsilindrli benzin mühərrik ilə təklif ediləcəkdir.

"Car" nəşrinin məlumatına görə, yeni nəsil Mercedes-Benz S-Class modeli bazara altısilindrli turbodizellər (S 350 d və S 400 d variantları), altısilindrli benzin turbomühərrikləri (S 450 və S 500 versiyaları) ilə çıxacaqdır. İlk zamanlarda top versiya V8 mühərriki ilə təchiz edilən Mercedes-Benz S 580 modeli olacaqdır. Bütün mühərriklər 48 voltluq şəbəkədən çalışan 22 at qüvvəli EQ Boost startyor-generatoru ilə təchiz ediləcəkdirlər ki, bu da sürətlənmə zamanı yanacağa qənaət etməyə imkan verəcəkdir.

Məlumdur ki, S 500 modifikasiyasında sıralı altısilindrli mühərrik 440 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edəcək və 100 km/saat həddinə 4,6 saniyə sürətlənəcəkdir. "Bərkgedən" Mercedes-AMG S 63 versiyası 200 at qüvvəli elektrik mühərriki və 612 at qüvvəli 4,0-litrlik V8 biturbo mühərrikindən ibarət olan elektrikləşdirilmiş güc qurğusuna malik olacaqdır. İnsaydların proqnozlaşdırdığı kimi, "bərkgedən" sedan ilk "yüzlüyü" 3,5 saniyəyə toplayacaqdır.

Böyük ehtimalla, yeni S-Class sedanı 2,9-litrlik sıralı altısilindrli turbomühərriki qoruyub saxlayacaqdırlar. Məlum məsələdir ki, bu aqreqat ekoloji standartlar naminə təkmilləşdiriləcək və elektrikləşdiriləcəkdir. 2021-ci ildə Mercedes-AMG S 63 və Mercedes-Maybach S 650 modelləri satışa çıxacaqdırlar. Sonuncu modifikasiya 6,0-litrlik V12 mühərriki ilə təchiz ediləcəkdir.

Yeni nəsil Mercedes-Benz S-Class sentyabrın 2-də debüt edəcəkdir.