Seat şirkəti yeni nəsil Leon modelinin yeni tizerini dərc edərək, onun debüt tarixini açıqlayıb. Videotizerdən görndüyü kimi, yeni hetçbekin maraqlı cəhətlərindən biri salonu əhatə edən kontur işıqlandırması olacaqdır.

Seat Leon modelinin növbəti nəsli adaptiv LED fənərlərə, dinamik dönmə işıqlarına və işıqlanan zolaqla birləşən arxa fənərlərə sahib olacaqıdr. Yeni “işıqlandırma konsepsiyasının” tərkib hissələrindən biri, qapoıların açılması ilə birlikdə proyeksiya ediləcək  “Hola!” (ispan dilindən tərcümədə “Xoş gördük!”) sözü ilə qarşılama olacaqdır.

Hetçbekin salonunda iri ekranı olan multimedia sistemini, elektron cihazlar panelini və ətraf işıqlandırmasını görmək olar. Bu işqılandırma nazil zolaq şəklində ön panel və qapılardan keçir. Bu texnologiya Seat şirkətinin Martoreldəki texniki mərkəzinin məhsuludur.

İlkin məlumata görə, Leon modelinin mühərrik çeşidinə 1,0 və 2,0 litr arasında iş həcminə malik olan benzin turbomühərrikləri, həmçinin 2,0-litrlik dizel aqreqatları daxil olacaqdır. Bundan başqa, mühəərik çeşidinə qoşulan və “yumşaq” hibridlərin də əlavə ediləcəyi gözlənilir.