Bir çoxları sportkarları idarə etməyin asan olduğunu sanırlar. Lakin, güclü avtomobillər ilə düzgün rəftar etmək üçün müvafiq səriştəyə malik olmaq gərəkdir. Nyu Yorkda yaşayan iki yoldaş belə bacarığa malik olmadıqları üçün, yerli dilerdən testə götürdükləri yeni Toyota Supra sportkarını avtosalondan aralanmamış darmadağın ediblər.

Ənənəvi olaraq, sürücünün idarəetməni itirdiyi və yoldan çıxan avtomobilin yaxınlıqdakı ağacı "qucaqladığı" bildirilir. Zərbə o qədər güclü olub ki, avtomobilin detalları 10-15 metrlik radiusda səpələnib.

Dilerin nümayəndəsi qəza faktını təsdiqləyib və avtomobildə olanların hər ikisinin "qaydada" olduğunu qeyd edib. Digər mənbələrdən verilən məlumata görə, avtomobildəkilərdən biri ağır yaralanıb: onu əzilmiş avtomobildən çıxarmaq üçün xilasedicilər cəlb olunub. Polis qəzanın səbəblərini araşdırır.

Diler hələlik ona dəymiş ziyanın miqdarını açıqlamayıb. Lakin, hadisə yerində çəkilmiş şəkillərə baxsaq, təqribən 54 min dollar dəyərində olan sportkarın bərpa edilməsi real görünmür.

Bununla birlikdə, yerli sakinlər kütləvi şəkildə sınaq yürüşünün keçirildiyi yolun vəziyyətindən şikayətləniblər. Onlar, bu küçəni yalnız pikapdan istifadə edərək qət etməyin mümkün olduğunu bildiriblər. 335 at qüvvəli idman avtomobilindən isə, heç söhbət belə gedə bilməz …

Mənbə: The Drive