Casus şəkilləri, sızmalar - bütün bunlar artıq vacib deyil. Nəhayət ki, BMW 5 Series sedanı rəsmi olaraq təqdim edilib. 5 Series ön həyat dövrünün yenicə yarılasa da, onun yenilənməsi labüddür, çünki yeniləıniş Mercedes-Benz E-Class, Audi A6 və ya Genesis G80 modelləri ilə rəqabət aparmaq gərəkdir.

Beləliklə, yenilənmiş “Beşliyin” eksteryer dizaynı bir müddət bundan öncə sızmış rəsmi şəkillərdə olduğu kimidir. Yenilənmiş sedanın təchizatına matris texnologiyasına malik olan yeni adaptiv LED fənərlər, 3D effekti olan arxa fənərlər, böyüdülmüş radiator barmaqlığı, yeni dizayna malik olan bamperlər, zənginləşdirilmiş rəng palitrası, mavi və qırmızı rəngli supportları olan M Sport əyləc sistemi daxildir. Opsional olaraq, lazer texnologiyasına malik olan ön fənərləri də sifariş etmək mümkündür. Səsboğucu sistemin çıxış boruları trapesiyaşəkilli formaya malikdirlər. Avtomobilin təchiz edildiyi təkər disklərinin də dizaynı yenilənib.

Multimedia sisteminin 10,25-düymlük ekranı və 12,3-düymlük virtual cihazlar paneli artıq standart avadanlıqlar siyahısına daxil edilib, lakin əlavə ödənişlə, multimedia sistemini 12,3-düymlük displey ilə də sifariş etmək olar. Bundan başqa, avtomobilin təchizatına düymələrin yeni düzülüşü olan dəri sükan, təkmilləşdirilmiş iqlim-nəzarət sistemi daxil edilib.

Satışların başlanğıcında yenilənmiş 5 Series modelini ekskluziv 20-düymlük təkər diskləri və M Sport paketi ilə təchiz edilmiş M Sport Edition xüsusi versiyada təklif edəcəklər. "Ağıllı" köməkçilər siyahısı yol nişanlarına nəzarət, zolaqdan çıxma barədə xəbərdarlıq edən və toqquşmanın qarşısını alan sistemlər ilə tamamlanıb.

Yeni tətbiqlərdən istifadə etməyə və tənzimləmələri fərdiləşdirməyə imkan verən əməliyyat sistemi iDrive 7.0 versiyasına qədər yenilənib.

Yenilənmiş BMW Series modelinin benzin modifikasiyaları 520i (184 at qüvvəsi, 290 Nm), 530i xDrive (249 at qüvvəsi, 350 Nm), 540i xDrive (340 at qüvvəsi, 450 Nm) və M550i xDrive (530 at qüvvəsi, 750 Nm) versiyalarında təklif edilirlər. Dizel modifikasiyalarını 520d (190 at qüvvəsi, 400 Nm), 530d (249 at qüvvəsi, 650 Nm) və 540d xDrive (340 at qüvvəsi, 700Nm) variantları təmsil edirlər. Bütün dizel mühərrikləri ikipilləli üfürmə ilə təchiz ediliblər.

Bundan başqa, ən zəif mühərriklər həm arxa, həm də xDrive tam ötürməsi ilə təklif ediləcəkdirlər. Transmissiya - altrnativsiz 8-pilləli ZF avtomatik ötürmələr qutusudur. Almanlar transmissiyan; təkmilləşdirərək, onun çəkisini azaltmış, qənaətcilliyi təmin etmək üçün isə, proqram təminatını və ötürmə əmsallarını dəyişdirmişdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropada satılacaq bütün dörd və altı silindrli mühərriklərə malik olan avtomobillər 48 voltluq şəbəkədən qidalanan və sürətlənmə zamanı əlavə 11 at qüvvəsi hasil edən 48-voltluq startyor-generatoru ilə təklif ediləcəkdirlər. Yeganə istisna qoşulan hibridlər olacaqdırlar - 530e və 530e Xrrive modelləri 40 at qüvvəsi daha güclü olublar və artıq 292 at qüvvəsi və 420 Nm fırlanma anı təklif edirlər. Bundan əlavə, “Beşliyin” model xəttində 545e xDrive modifikasiyası peyda olub 3,0-litrlik altısilindrli mühərrik və elektromotor birlikdə 394 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edirlər.

Yenilənmiş modelin istehsalı iyul ayında başlayır. Yenilənmiş BMW 5 Series modelinin Azərbaycandakı satışlarına avqust ayında start veriləcəkdir.