Fikrimcə, keçən il nümayiş etdirilmiş BMW Concept XM konsepti bizi məhz bu günə hazırlamaq üçün gərək idi. Budur, yeni simalı seriya BMW modeli qarşınızdadır! Əksəriyyətiniz şok keçirsə də, bundan sonra bavariyalıların ən prestijli və bahalı modelləri belə “üzə” malik olacaqlar. Odur ki, bununla barışmaqdan başqa çarəniz yoxdur. X7 modelindən sonra yeddinci seriyadan olan bayraqdar sedanı (BMW i7 elektrik versiyası da daxil olmaqla) və BMW XM idman krossoveri belə simanı alacaqlar. Necədir?

Artıq firma “dördgözüyünə” gündüz hərəkət və qabarit işıqlarının,  habelə dönmə siqnallarının funksiyalarını yerinə yetirən yuxarı “qaşlar” cavabdehdir: hər tərəfdəki diod zolaqları iki hissəyə bölünüblər. Əsas matrisa fənərləri (artıq "bazadadır") aşağıda yerləşir və tündləşdirilmiş şüşələrə malikdirlər. Artıq ayrıca duman əleyhinə işıqlar yoxdur, onlar əsas fənərlərin xüsusi rejimi əvəz edib.

BMW X7 modelinin ön bamperi yenidir, lakin "burun dəliklərinin" ölçüsü və forması dəyişməyib. Əlavə ödəniş müqabilində barmaqlığın işıqlandırmasını sifariş etmək olar. Arxa bamper dəyişməyib, lakin arxa fənərlər tamamilə yenidirlər – onlar daha incə hissələrə və üçölçülü naxışa malikdirlər. Arxa fənərləri birləşdirən xrom zolaq indi şəffaf "şüşə" korpusun içərisindədir. Standart təkər diskləri əvvəlki kimi 20-düymlükdürlər və ilk dəfə diler opsiyalarının arasında 23-düymlük təkər diskləri (əvvəllər maksimum 22-düymlük variant təklif edilirdi) peyda olublar.

İnqilab təkcə krossoverin simasında deyil, interyerində də baş verib. BMW sürətlə OS8 əməliyyat sisteminə malik olan media sisteminə və BMW Live Cockpit Plus adlanan iki ekranlı günəşliksiz vahid panelə keçir. Bu həll ilk dəfə şirkətin elektrik avtomobillərində tətbiq edilib və indi bütün model cərgəsinə yayılır.

BMW X7 modeli 12,3-düymlük cihazlar panelinə və multimedia sisteminin 14,9-düymlük sensorlu ekranına malikdir. Artıq iqlimə nəzarət sisteminin ayrıca idarəetmə paneli yoxdur (yalnız bir neçə "qaynar" düymə saxlanılıb), bütün idarəetmə media sisteminə inteqrasiya olunub və havalandırma sisteminin mərkəzi deflektorlarından yalnız tərtibatdakı kiçik kəsiklər qalıb. Sükan qolundan sağ qapıya qədər işıqlanan zolaq uzanır. "Avtomatın" joystikini miniatür selektor əvəzləyib.

Arxa sərnişinlər üçün heç nə dəyişməyib. Üçüncü sıra X7 üçün standart avadanlıqdır, ikinci sırada isə, ya standart üçnəfərlik divan, ya da fərdi elektrik tənzimləmələri olan iki kreslo quraşdırıla bilər. Opsiyalar arasında bütün oturacaqların və bəzi dirsəkaltıların qızdırılması var.

Bütün mühərriklər səkkiz pilləli avtomata inteqrasiya olunmuş yeni 48 voltluq starter-generatora malikdirlər. Startyor-generator 12 at qüvvəsi və 200 Nm hasil edir və sürətlənmənin ilk saniyələrində daxili yanma mühərrikinə dəstək verir, həmçinin start-stop sisteminin bir hissəsi kimi işləyir. xDrive40d versiyası əvvəlki kimi, 340 at qüvvəsi və 700 Nm hasil edən 3,0-litrlik biturbodizelə malikdir, lakin startyor-generatorun köməyini nəzərə alaraq, ümumi hasilat 352 at qüvvəsi və 720 Nm fırlanma anına çatır.

BMW X7 xDrive40i modifikasiyasında ciddi şəkildə təkmilləşdirilmiş 3,0-litrlik sıralı atısilindrli mühərrik debüt edib: aqreqat yeni püskürtmə və alışdırma sistemlərinə, həmçinin qazpaylama mexanizminə malikdir. Onun gücü 333-dən 380 at qüvvəsinə, fırlanma anı isə 450-dən 520 Nm-ə qədər artıb. Startyor-generator maksimum gücə təsir etməsə də, fırlanma anını 540 Nm-ə qədər yüksəldir. Krossoverin 100 km/saata sürətlənmə müddəti 6,3-dən 5,8 saniyəyə endirilib.

Top M50i versiyası BMW X7 M60i xDrive ilə əvəz olunub, lakin avtomobilin texniki hissəsi dəyişməyib. 4,4-litrlik V8 biturbo mühərriki əvvəlki kimi 530 at qüvvəsi və 750 Nm hasil edir, 100 km/saata sürətlənmə isə eyni 4,7 saniyə çəkir. Startyor-generator heç bir şəkildə pik göstəricilərə təsir etməyib, amma arxa tərəfdəki emblem indi daha bahalı görünür.

Əvvəlki kimi, bütün X7 modelləri adaptiv amortizatorları olan pnevmatik asqıya malikdirlər. Aktiv stabilizatorlar və adaptiv sükan mexanizmi üçün əlavə ödəniş gərəkdir, lakin bu opsiyalar arxa aktiv M Sport  differensial kimi M60i versiyasının standart təchizatına daxildirlər. Elektron köməkçilər baxımından da yeniliklər var. Avtomatik əyləcləmə sistemi indi piyadaları, velosipedçiləri, eləcə də qarşıdan gələn və əks istiqamətə dönən avtomobilləri tanıyır. Avtopmatik parklanma sistemi dayanacaqdan geriyə çıxmaq üçün, qət edilən son məsafənin 50 deyil, 200 metrini yadda saxlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş BMW X7 krossoverlərinin ABŞ-dakı istehsalına yaxın vaxtlarda başlanacaqdır. Krossoverin qlobal satışların başlanması avqust ayına planlaşdırılıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.