Emgrand və Emgrand GL modelləri ilə yanaşı, Geely şirkəti daha bir C + seqmentindən olan sedanı yeniləyib. Bu üçlükdəki ən müasir avtomobil olan Geely Binrui modeli, Volvo ilə əməkdaşlıqda hazırlanmış BMA modul platformasına əsaslanır. Binrui modeli iki il əvvəl debüt edib və model cərgəsində gənclərə ünvanlanmış idman ruhuna sahib olan sedan kimi səciyyələndirlir. İndi isə, bu imicin bir qədər də gücləndirilməsinə qərar verilib.

Geely Binrui F-Type ilə tanış olun! İndi bu sedanın baza və əsas versiyası belə adlanır. Jaguar Land Rover komserni belə adın verməsinə hələlik reaksiya göstərməyib, lakin konseernin Geely ilə heç əlaqəsi yoxdur (ingilislərin Çində Chery ilə ortaq bir müəssisəsi var) və bu səbəbdən reaksiya heç də müsbət olmaya bilər.

Geely Binrui F-Type sedanı əvvəlki versiyasından yeni bamperləri fərqlənir, radiator barmaqlığı isə firma konsentrik naxışından məhrum olub. F-Type modelinin xüsusiyyətlərdən biri də, eksteryerin qara dekorudur - bu rəngə hətta təkər diskləri və güzgü gövdələri də boyanır. Bundan başqa, sedan baqaj qapağındakı kiçik spoylerə və F hərfi olan emblemlərə sahib olub. Salonda seçilən işləmələr peyda olub.

Bununla yanaşı, yenilənmiş çeşiddə Asian Games Version adlı ənənəvi  təchizat səviyyəsi də mövcuddur. Bu sedan xrom dekora, adi boz rəngli təkər disklərinə və salonun tək rəngli tərtibatına malikdir.

Texniki dəyişikliklər də var. Əsas 1,0-litrlik turbomühərrik mühərrik çeşidindən çıxarılıb.Çeşiddə qalan 1,4-litrlik dördsilindrli turbomühərrikin hasiları 133 at qüvvəsi və 215 Nm fırlanma anından 141 at qüvvəsi və 235 Nm-ə qədər artırılıb. Güc aqreqatı alternativsiz variatorla təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Geely Binrui sedanları bu ilin sonuna qədər Çindəki dilerlərə çatdırılacaqdır. Modelin qiyməti dollardan dan başlayır, Emgrand 10.700 $ -dan başlayır və Emgrand GL 11.900 $ -dan başlayır.