Bu gün İnternet şəbəkəsində yenilənmiş bayraqdar Genesis G90 sedanının şəkilləri peyda olub. Avtomobili demək olar ki, kamuflyajsız yaxalayıblar. Bayraqdar sedan yeni görkəmə malik olub. Yeniliklər arasında koreya markasının son konseptlərində gördüyümüz üslubda radiator barmaqlığı, yeni ön və arxa fənərlər, həmçinin yeni dizayna malik olan təkər diskləri vardır.

Yenilənmiş sedanı fərqləndirən əsas cəhət heraldik qalxan formasında olan radiator barmaqlığıdır. Belə formaya malik olan barmaqlığı artıq Essentia və GV80 konseptlərində görmüşük. Çox güman ki, bundan sonra eyni formalı radiator barmaqlığını digər Genesis modellərində də görəcəyik. Bundan başqa, gündüz hərək işıqları rolunu ifa edən uzadılmış seksiyaları olan ön fənərləri də göstərmək olar.

Arxa işıq texnikası da tamamilə yeni formaya malik olublar – onlar iki parallel bölümlərdən ibarətdir. Fənərlərin aşağı hissəsindəki bölmələr ümumi zolaqla birləşdiriblər (Çində nümayiş etdirilən Santa Fe modelini yada salın). Arxa bamperə inteqrasiya edilən səsboğucu sisteminin çıxış boruları da radiator barmaqlığının formasını təkrar edir.

Şayiələrə görə, yenilənmiş G90 sedanının təchizatına stereoskopik effektə malik olan 3D cihazlar paneli daxil olacaqdır. Bundan başqa, modelin rəng palitrası daha zəngin olacaqdır. Sedanının mühərrik çeşidinə 3,3-litrlik Lambda V6 Turbo GDi turbomotoru, 3,8-litrlik Lambda V6 GDi və 5,0-litrlik Tau V8 GDi atmosfer mühərrikləri daxil ediləcəkdir. Transmissiya koreya istehsalçısının öz məhsulu olan 10 pilləli avtomatik qutusudur.

Image alt Image alt Image alt Image alt