Məşhur italyan kuzov atelyesi olan Zagato firması MV Augusta şirkəti üçün konseptual motosikl hazırlayacaqdır. Yeni konseptin təqdimat mərasimi bu ilin sentyabr ayının 4-ü tarixində keçiriləcəkdir. Konseptual motosiklin ilk təsviri italyan istehsalçısının Facebook sosila şəbəkəsində dərc edilmişdir.

Konseptual motosikl haqqında hər-hansı bir məlumat dərc edilməmişdir. Yeni konseptin son zamanlar dəbdə olan ənənəyə uy\un olaraq elektrik mühərriki ilə hərəkətə gələcəyi istisna edilmir. Xatırladaq ki, 2014-cü ildə MV Augusta və Mercedes-AMG şirkətləri uzun müddətli əməkdaşlıq haqqında müqavilə imzalamışdırlar. Alman şirkəti italyan istehsalçısının 25 faizlik səhmlər paketini əldə etmiş və 2015-ci ilin sentyabrında AMG GT modelinin şəninə buraxılmış F3 800 sportbaykının nümayişini həyata keçirmişdi.