“Bərkgedən” pikaplar seqmentində yeni oyunçu peyda olub və onun adı bütün dünyaya yaxşı tanışdır. Shelby American şirkəti 2021-ci ilin Ford F-150 pikapını əldə edərək, onu təkmilləşdirib. Lakin bu pikapı Super Snake adlandırmaq olmaz. Bu sadəcə Shelby F-150 pikapıdir və onun əsas vəzifəsi yolzuqluda hər kəsə qalib gəlməkdir.

Bu, təkmiləşşdirilmiş pikapın şəkillərindən də aydın görünür, ancaq yeniliklər təkcə böyük təkərlərdən və məşhur Shelby adından getmir. Yeniliklər daha çoxdur. 

Pikap BDS lift dəsti, ön və arxa Fox 2.5 alüminium amortizatorları ilə təchiz edilən təkmilləşdirilmiş asqıya sahib olub. Shelby mütəxəssisləri asqının daxili baypas sisteminə və nizamlanan ikiqat sürət tənzimləyicilərinə malik olduğunu, üstəlik bunların patentləşdirilmiş sistem tərəfindən idarə edildiyini söyləyirlər.

Sistem uzunməsafəli səyahətlər, off-road və ya trek üçün nəzərdə tutulmuş rejimlərə malikdir. Arxa dartma qolları yenilənmələrin tərkib hissəsidir və əlbəttə ki, pikap BFGoodrich KO2 ofroud şinləri taxılmış 22-düymlük Shelby diskləri ilə təchiz edilir.

Estetik baxımdan, hər kəs Shelby şirkətinin öz adını nümayiş etdirməkdən həzz aldığını bilir. Shelby üçün xarakterik olan cürətli radiator barmaqlığı,  ön bamperin yeni örtüyü və qanadlardakı havalandırma dəlikləri ilə uyğunlaşdırılıb.

Barmaqlıqdakı nəhəng Shelby yazıları diqqətinizdən qaçıbsa, bu adı yan tərəflərdəki zolaqlarda, arxa qanadlarda və yük bölməsinin qapağında tapa bilərsiniz. Arxa bamperin örtüyü, yan güzgülər və qapı tutacaqları kuzov rənginə boyanıblar.

Kapot əlavə hava girişləri ilə təchiz edilib. Shelby modellərinin mütləq atributu olan Le Man zolağı ön bamperdən arxa bamperə qədər uzanır. Salon tərtibatında iki rəngli dəridən, karbon dekordan və çoxsaylı Shelby nişanlarında istifadə olunub.

Shelby F-150 modelini iki mühərriklə sifariş etmək olar. Top versiya gücü 775 at qüvvəsinə qədər artırılmış 5,0-litrlik V8 mühərriki ilə təchiz edilir. İkinci variantda isə, aşağı qiymət müqabillində üfürmədən imtina etmək təklif olunur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin induksiyadan asılı olmayaraq, hər bir Shelby F-150 pikapı yüksək məhsuldarlıqlı filtr və karbondan hava girişi, yaxşılaşdırılmış drossel çəpərciklərinin gövdəsi, yanacaq injektorları, məhsuldar istilik mübadiləsi və Borla buraxılış sistemi ilə təchiz olunacaqdır.

Yeni Shelby F-150 pikapı “bərkgedən” bir ofrouder olduğundan, təxmin etdiyiniz kimi, ultra yüksək qiymətə sahibdir. Bütün Shelby F-150 modelləri Lariat 4x4 versiyasına əsaslanır və atmosfer mühərrikli pikapın qiyməti 107.080  dollardan başlayır. 775 at qüvvəli top versiyasının qiyməti isə 114.980 dollardan başlayır. Shelby F-150 modeli 600 nüsxəlik tirajla istehsal ediləcəkdir. “Bərkgedən” pikap ABŞ-da və bəzi Avropa ölkələrində satılacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.