Bu günlərdə “Avto.ru” saytında maraqlı bir elan dərc edilib - nadir tapılan “Москвич 434” furqonunu satışa çıxarılıb. Avtomobilin sahibi 47 yaşlı furqon üçün iki miyon rubl (52 min manat) istəyib.

1972-ci ildə istehsal edilmiş furqon cəmi 48 min kilometr yürüyüşə malikdir və onun yeganə sahibi olub. Furqon 75 at qüvvəsi hasil edən 1,5-litrlik M-142 benzin mühərriki və dördpilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilib.  Avtomobilin sahibi satmazdan öncə onun tam bərpa prosesindən keçdiyini və yüksək qiymətin bununla əlaqədar qoyulduğunu bildirib.

Mənbə: Auto.ru

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt