Artıq dörd yaşını qeyd edən cari nəsil Acura RDX krossoveri planlaşdırılmış yenilənmədən keçib. Yenilənmənin leytmotivi salondakı akustik rahatlığı artırmaq olub. Mühəndislər artıq interyerdə daha “dramatik sakitliyin” olduğunu iddia edirlər!

Buna, əsasən, artıq standart təchizata daxil olan yeni aktiv səs-küy boğma sistemi sayəsində nail olunub: mikrofonlar səs-küy tutur, səs sistemi alınan siqnalı tərs çevirir və onu antifazada dinamiklərə ötürür və bununla da səs-küyü yox olmağa məcbur edərək akustik rahatlığı yaxşılaşdırır.

Eyni zamanda, adi səs-küy izolyasiyası da təkmilləşdirilib. Ön panel və qapılardakı hopdurucu material dəyişdirilib, yeni ön pəncərələr quraşdırılıb və ön qanadlarda əlavə izolyasiya peyda olub. Opsional Advanced Package dəsti olan avtomobillərdə kapot, mərkəzi tunel, arxa qapılar və baqajın səs izolyasiyası gücləndirilib.

Bununla yanaşı, interyerdə dəyişiklik yoxdur: yenilənmələr yalnız simsiz Apple CarPlay və Android Auto interfeyslərindən ibarətdir. A-Spec idman paketi olan avtomobillər alt hissəsi “kəsilmiş” sükan çarxını əldə ediblər.

Acura RDX modeli, böyük MDX krossoverində olduğu kimi, şaquli əlavələri olan yeni ön bamperi əldə edib. Radiator barmaqlığı çərçivəsi bir qədər incə olub, standart avtomobillərin buraxılış sisteminin çıxış boruları indi düzbucaqlı formaya (yuvarlaqlar yalnız A-Spec versiyasında saxlanılıb) malikdirlər. Modelin rəng palitrası da genişləndirilib.

Güc aqreqatı dəyişməyib. Əvvəlki kimi, 276 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrik on pilləli “avtomat” ilə tandemdə çalışır. Ancaq boş dövrələrin sürəti 1100-dən 950 dövr/dəqiqəyə endirilib - məqsəd yenə də akustik rahatlığı artırmaqdır.

Seçim olaraq, ön ötürmə və ya arxa təkərlərin fərdi muftaları olan Super Handling AWD tam ötürmə sistemi təklif edilir. Hərəkət elektronikası və elektrik əyləc gücləndiricisi yenidən tənzimlənib, habelə adaptiv asqının parametrləri yenidən nəzərdən keçirilib: Сomfort və Sport rejimləri arasındakı fərqi daha nəzərəçarpan olmalıdır.

PMC Edition xüsusi versiyası da modifikasiya çeşidində saxlanılıb. Bu versiyanın başlıca xüsusiyyəti əsas konveyer xəttində deyil, Acura NSX superkarlarının istehsal olunduğu Ohayo ştatındakı Performance Manufacturing Center fabrikasında əl ilə rəngləməsi və yığılmasıdır. PMC Edition təchizat səviyyəsində olan bütün Acura modelləri ortamühərrikli NSX kupesi ilə eyni kuzov rənglərinə və tərtibat materiallarına malikdirlər. Bir kuzovun çoxqatlı boyanması və cilalanması prosesi beş gün çəkir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmədən öncəki Acura RDX PMC Edition krossoveri narıncı rəngli kuzova və qara rəngli interyerə malik idi və 360 nüsxəlik tirajla buraxılmışdı. İndi PMC Edition versiyas üçün eksklüziv parlaq mavi kuzov rəng seçilib, interyer tərtibatında isə, mavi tikişli qara və ağ rəngli örtüklərin birləşməsindən istifadə olunur. Xüsusi seriyadan olan avtomobillərdən yalnız 200 ədəd buraxılacaqdır. Yenilənmiş Acura RDX krossoverlərinin ABŞ-dakı satışlarına noyabr ayında başlanacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.