"Liberty Media" Afrika qitəsində yarış keçirmək niyyətindədir. Belə ki, Formula 1 yarışları hal-hazırda Antarktida və Afrika istisna olmaqla 4 qitədə keçirilir.

Lakin F1-in maliyyə direktoru Şon Bratçesin sözlərinə görə, yarışın keçirilməsi üçün Afrika ölkələri ilə danışıqlar aparılır: “Artıq 4 qitədə yarışırıq. Afrikada da yarışların keçirilməsini istəyirik, bunun üçün əlimizdən gələni edirik. İordaniyanın da yarışlara marağı az deyil, Mərakeşdə isə bəzi yarışlar keçirilir”.