Qarşıdan gələn Belçika Qran Prisi zamanı Red Bull Racing komandasında Maks Verstappenlə birgə Tailand əsilli britaniyalı pilot Aleksandr Əlbon çıxış edəcəkdir. Belə ki, komanda rəhbərliyinin verdiyi yeni qərara əsasən, avqustun 30-dan sentyabrın 1-ə qədər keçiriləcək Belçika Qran Prisində Aleksandr Əlbon RBR komandasını təmsil edəcək.

Pyer Qasli isə ötən il çalışdığı ScuderiaToro Rosso komandasına geri qayıtmaq niyyətindədir. Mətbuata verilən rəsmi məlumatda bildirilir ki, Red Bull Racing komandası, 2020-ci ildə A. Əlbonla növbəti 9 yarışda da çalışmağı nəzərdə tutur, bununla da gələcək yarışlarda pilotun əldə etdiyi nəticəyə əsasən, onun sonrakı illərdə komandada qalıb-qalmayacağı bəlli olacaq.